DİQQƏT! DYP-dən sürücülərə pərdə-plyonka xəbərdarlığı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmaş jalüzlərin vurulmasına icazə verilib. Bu il də mayın 1-dən artıq həmin qərar qüvvəyə minib və küçə və yollarımızda bu aksessuardan istifadə edən sürücülərə rast gəlirik. Amma bəzi sürücülər deyəsən, bu qaydanı ya düzgün başa düşməyib, ya da özünə sərf edən formada qəbul edib. Belə ki, mayın 1-dən etibarən Bakıda arxa yan qapı şüşələrində standartda nəzərdə tutulmayan tünd pərdə və plyonka olan nəqliyyat vasitələrinə rast gəlinir. Belə sürücülərə xəbərdarlıq edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az saytına bildirib ki, qanunda pərdə anlayışı yoxdur: «Sadəcə olaraq, Dövlət Komitəsi tərəfindən hava şəraiti nəzərə alınaraq sənaye üsulu ilə hazırlanan jalüzlərdən söhbət gedir. Bunu da sürücülər «ştorka» kimi tanıyır. Yəni, mayın 1-dən noyabrın 15-dək avtomobilin arxa sağ-sol qapı şüşələrinə həmin «ştorka»ların vurulmasına icazə verilir. Amma bəzi sürücülər tünd pərdə və plyonkadan istifadə edir ki, bu da qanunla qadağandır».
Tünd pərdə və plyonkadan istifadəyə isə qanunla 150 manat cərimə nəzərdə tutulur. Bununla yanaşı, Vaqif Əsədov bildirib ki, əgər həmin pərdə və plyonkadan istifadə edən sürücülərin idarə etdiyi nəqliyyat vasitələri saxlanılarsa, bu inzibati yerindəcə aradan qaldırılmalıdır. Bu, mümkün olmadıqda nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa, yəni, cərimə meydançasına aparılacaq. Orada da bütün hallarda pərdə və ya plyonka sökülməli, avtomobil normal görünüşə salınmalıdır.
Bundan əlavə, DYP rəsmisi nəqliyyat vasitələrinə güzgü və ya «xamelyon» şüşələrin vurulmasının da qanunla qadağan edildiyini xatırladaraq bu cür qayda pozuntusuna yol verən sürücülərin də eyni qaydada cəzalandırılacağını bildirib: «Bu cür vəziyyətdə aşkar olunan nəqliyyat vasitələri istismara yararsız sayılır və cərimə meydançasına aparılır ki, burada da nəqliyyat vasitəsinin normal qaydaya salınması tələb olunur. Bütün hallarda, sürücüləri cərimə də gözləyir. Əgər qayda pozuntusunu yerində aradan qaldırmaq mümkündürsə, bu halda inzibati protokol tərtib olunur və sürücü sərbəst buraxılır».
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










