Dövlət qurumları köhnə avtomobillərini SATIR – 300 manata da var… - SİYAHI

Bu ilin mart ayının 7-də Milli Məclisə və digər dövlət orqanlarına məxsus 17 ədəd nəqliyyat vasitəsi hərrac yolu satışa çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elan etdiyi siyahıda yer alan avtomobillər 1987-2008-ci illər arasında istehsal olunmuş, təcili tibbi yardım, yük və minik avtomobilləridir.
Qiymətləri 300-850 manat arasında dəyişən nəqliyyat vasitələrinin 4 ədədi Milli Məclisə, 5 ədədi Elm və Təhsil Nazirliyinə, 2 ədədi Laçın Rayon İcra Hakimiyyətinə, 3 ədədi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə, 2 ədədi Audiovizual Şuraya, 1 ədədi isə Samux Rayon İcra Hakimiyyətinə məxsusdur.
Qeyd edək ki, qiyməti 300 manat olan nəqliyyat vasitəsi 1989-cu ilin “QAZ-53-12” markalı yük və qiyməti 800 manat olan 2002-ci ilin “QAZ 3110-101” markalı minik avtomobilləri uzun illər Elm və Təhsil Nazirliyinin istifadəsində olub.


Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI










