Gələn ildən Çindən maşın gətirmək çətinləşəcək - Ekspert yeni qaydaları AÇIQLADI - VİDEO

Çində avtomobil ixracı ilə bağlı qaydalar 2026-cı ildən etibarən ciddi şəkildə dəyişəcək. Bu dəyişikliklərin Azərbaycan bazarına da birbaşa təsir edəcəyi gözlənilir.
Mütəxəssislərə görə, yeni tənzimləmələr həm idxal prosesində, həm də distribyutor şəbəkələrinin fəaliyyətində yenilikləri zəruri edəcək.
Avtosfer.az xəbər verir ki, bu fikirləri avtomobil eksperti Şahin Göyləroğlu səsləndirib.
Ekspert bildirib ki, bir neçə ay öncə 2026-cı ildən yeni qanunlar çıxacağı ilə bağlı da məlumat vermişdi:
“Bu qanunlar bizim avtomobil bazarına, idxalımıza, distribyutorluq məsələmizə təsir edəcək.
Çin 2026-cı ilin yanvarın birindən etibarən artıq icazə verməyəcək ki, təzə maşınlar ixrac olunsun. Bunu yalnız distribyutorlar və ya ölkədə servis şəbəkəsi və ya zəmanəti təmin edə biləcək şəxslər həyata keçirə biləcək. Bu da elə haradasa distribyutor və diler deməkdir.
Yeni qaydalar, qanunlar gələcək, bu son deyil”.
Eltac Zülfüqaroğlu
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











