Gürcüstandan maşın gətirənlərin DİQQƏTİNƏ: Qiymətlər qalxdı
Avtobazar
18 Yanvar 2023 15:49
Oxunub 1954
Gürcüstanın maşın bazarlarında avtomobillərin qiyməti bahalaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyadan bildiriblər.
Məlumata görə, bahalaşmaya səbəb logistika xərclərinin artmasıdır.
Hesablamalara görə, indi bir avtomobilin istər yük maşınları ilə, istərsə də gəmilərlə Gürcüstana idxalı 15 faiz baha başa gəlir.
Assosiasiyadan bildirilib ki, avtomobillərə tələb var, amma qiymət artımı qaçılmazdır.
Lent.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR