Azərbaycanda bu maşınlar hərracda ucuz satılacaq: “Ford”, “Skoda”, “Nissan” 3-9 min manat - SİYAHI

Avtobazar 31 Avqust 2020 15:24 Oxunub 14764
Azərbaycanda bu maşınlar hərracda ucuz satılacaq: “Ford”, “Skoda”, “Nissan” 3-9 min manat - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 29-da növbəti özəlləşdirmə hərracını keçirəcək. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə,  hərraca 43 dövlət əməlakı ilə yanaşı bəzi dövlət qurumlarının balansında olan 13 nəqliyyat vasitəsi də çıxarılacaq.

Avtosfer.az həmin nəqliyyat vasitlərinin siyahısını təqdim edir:

 

s/n

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası

Nissan Maxima

2006

9000

900

2.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası

BMW 740 Lİ

2006

18000

1800

3.

“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti

Daewoo Super Salon

2000

1500

150

4.

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi

QAZ-2705 yük

1999

2000

200

5.

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Ford Mondeo

2007

7000

700

6.

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Peugeot 607 SH

2007

7000

700

7.

Kürdəmir Rayon İcra Hakimiyyəti

Chevrolet Niva

GLC-212300

2010

7500

750

8.

Azərbaycan Respublikası Ali Məhkəməsi

Skoda Octavia

2003

3000

300

9.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Yamaha XJ 900P

2009

3000

300

10.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Nissan Maxima

2005

10000

1000

11.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi

VAZ-21041

2008

4000

400

12.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qobustan Rayon Statistika İdarəsi

VAZ-21041

2008

3300

330

13.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

QAZ-3110

2000

2000

200

 

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh