İki supersedanı bazara çıxmamış hərracda satdılar - FOTO
Avtobazar 6 Aprel 2021 21:34 Oxunub 384
İki supersedanı bazara çıxmamış hərracda satdılar - FOTO

Arizona ştatının Skotsdeyl şəhərində keçirilən "Barrett-Jackson" hərracında "Cadillac Blackwing" sedan tipli avtomobilinin CT4-V və CT5-V modelləri 430000 dollara satılıb. Sonu 001 ilə bitən VİN nömrəli bu iki avtomobilin satışından əldə olunan vəsait onların bazar qiymətindən xeyli yuxarıdır. Belə ki, CT4-V Blackwing ABŞ-da 87775 dollara, CT5-V Blackwing isə 125980 dollara bazara təqdim olunur. Məsələ bundadır ki, "bahasına" satılan bu sedanlardan əldə olunan vəsait "Black Ambition" xeyriyyə təşkilatına verilib.

​Yeni avtomobillərin alıcıları bonus qismində Nevada ştatında fərdi sürücülük kurslarına sertifikat, həmçinin bu yaxınlarda keçiriləcək IMSA avtomobil yarışı çempionatına biletlər əldə ediblər.

Qeyd edək ki, CT4-V Blackwing və CT5-V Blackwing idman avtomobillərinin ilk 250 ədədinin hamısı fevralın 1-də onlayn sifarişlərin başlanmasından sonra cəmi bir neçə dəqiqə ərzində bronlanıb. Bu avtomobili əldə etmək istəyən, lakin bronlamağa imkan tapmamış CT4-V və CT5-V həvəskarları gözləmə cədvəlində qeydiyyata dura bilərlər. (Sputnik Azərbaycan)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh