İkinci əl avtomobillər üçün yeni bazar və ya Afrikadakı Gürcüstan - FOTO

Avtobazar 24 Sentyabr 2022 08:00 Oxunub 2908
İkinci əl avtomobillər üçün yeni bazar və ya Afrikadakı Gürcüstan  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

90-cı illərdə sosialist blokunun süququ ilə Avropa və Yaponiya üçün yeni bazar açıldı. Lakin bu bazar bir qayda olaraq işlənmiş avtomobillər üçün daha əlverişli oldu. Lakin vəziyyət sonadək davam etmədi.
Avtosfer.az xəbər verir ki, 2005-ci ildən etibarən MDB ölkələrində, o cümlədən Azərbaycanda ekoloji normaların sərtləşdirilməsi bu bazarın da hüdudlarını daraltdı. 2010-cu illərdən etibarən MDB ölkələri təzə maşınları təşviq etdikləri üçün Avropa yeni bazar axtarışına çıxdı. Bu bazar Qara qitə idi.
BMT-nin statistikasına görə, Afrika ölkələri işlənmiş avtomobillərin əsas bazarına çevrilib. 2015-2020-ci illərdə dünya üzrə ikinci əl avtomobillərin 25%-i bu qitəyə ixrac edilib. Bu da təxminən 5,6 milyon avtomobil edir. İdxal edilmiş maşınların əksəriyəti köhnə, Avro-3 və daha aşağı ekoloji sinifə malik texnikalardır.
Amsterdamdan hər həftə avtomobil yüklü ondan çox gəmi Afrikaya yol alır. Niderland hökumətinin 2021-ci ildəki təftişi zamanı məlum olub ki, avtomobillərin orta yaşı 18, orta yürüş məsafəsi 200 000 km-dir. Afrikaya göndərilən avtomobillərin 93%-i Avro-3 və daha aşağı standarta cavab verib. Avtomobillərin bir qismi istismara qəzalı, əksəriyyəti isə katalozatoru çıxarılmış olub.
Avropadan gəmi ilə avtomobillər əsasən Benin Respublikasının iqtisadi paytaxtı olan Kotonu şəhərindəki limana boşaldılır. Uzunluğu 10 kilometrə çatan maşın bazarı da limana piyada gediləcək qədər yaxındır. Pandemiyadan sonra bur bazarda ABŞ, Yaponiya və Koreyadan birbaşa idxal olunmuş köhnə avtomobillər artmağa başlayıb. 
Benində cəmi 11 milyon nəfər yaşasa da, bura əhalisi çox sıx olan qonşuları üçün əsas avtomobil bazarıdır. Başqa sözlə, bu fransızdilli ölkənin avtomobil bazarındakı mövqeyi Gürcüstanın MDB-dəki mövqeyi ilə eynidir. Bazar il boyu nigeriyalı, çadlı, nigerli və burkina-fasolu maşın alverçiləri ilə doludur. Bura həm də Avropa ilə Afrika arasında qeyri-leqal katalizator biznesinin mərkəzidir. Bazarda 20 yaşlı Avropa avtomobilini təxminən 2000 – 2200 avroya almaq mümkündür. Müqayisə üçün deyək ki, Benində təzə avtomobilin qiyməti 10 000 avrodan yuxarıdır. Lakin bu ölkədə Avropadan gəlmiş ikinci əl avtomobil Afrikada sürülmədiyi müddətdə təzəyə bərabər tutulur (tanış mənzərə deyilmi? – müəl.).

Köhnə avtomobil məsələsi ekoloqları ciddi narahat edir. BMT-nin məlumatına görə, Cənubi Afrikanın böyük şəhərlərində havanın pisləşməsi və xəstəliklərin artmasına əsas səbəb köhnə avtomobillərdir. Üstəgəl, bu regionda yanacağın da keyfiyyəti bərbaddır. 
Qərbi Afrika ölkələri 2021-ci ildən Avro-4-dən aşağı standartda olan avtomobillərin idxalını formal olaraq qadağan etsə də, buna məhəl qoyan yoxdur. Çünki bir tərəfdən ikinci əl avtomobil çox sayda iş yeri deməkdir. Digər tərəfdən, yanacaq keyfiyyəti aşağı olduğu üçün köhnə avtomobil sürücülərə daha az problem yaradır. 

Bəli, burdan belə qənaət hasil olur ki, Qərb ölkələri köhnə avtomobillərdən qurtulmaq üçün daimi bazar axtarışındadır. Uduzan isə, ikinci əl avtomobilləri bazara buraxan ölkələrdir. İstəq iqtisadi, istərsə də səhiyyə baxımından.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh