İşlənmiş avtomobillər ucuzlaşacaq - VİDEO

Qarşıdakı aylarda ikinci əl avtomobillərin qiymətində artım gözlənilmir.
Bunu “ARB 24“ün “Nə baş verir?” verilişində apreldə işlənmiş avtomobillərin bahalaşacağı ilə bağlı idiallara cavab verən nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O bildirib ki, koronavirusa yoluxma statistikası avtomobillərin qiymətinə təsir edən amillərdəndir: “Son zamanlar avtomobil alqı-satqı saytlarında və bazarda durğunluq müşahidə edilir. Bir avtomobilin günlərlə, həftələrlə satılmamasının şahidi oluruq. Hesab edirəm ki, yoluxma sayındakı artımla əlaqədar alıcılıq qabiliyyətinin zəifləməsi davam edəcək. Yoluxma azalanda isə yenidən aktivlik artacaq.
Qarşıdakı aylarda ikinci əl avtomobillərin qiymətində artım gözlənilmir. Çünki qiymət artımını şərtləndirəcək amillər yoxdur. Yəni dövlət rüsumu artmayıb, hansısa qadağa tətbiq olunmayıb.
Əksinə bazarda aktivliyin azalmasına görə qiymətin sabit qalması, hətta bir az daha ucuzlaşması müşahidə edilə bilər”.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...








