İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az

Avtobazar 25 İyun 2024 18:00 Oxunub 1270
İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Avropanın elektromobil bazarında qiymətlər kifayət qədər yüksək olsa da, ikinci əl elektromobillər barədə bunu demək mümkün deyil. 

Avtosfer.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən “İndicata” təşkilatı Avropa bazarında elektromobillərin təkrar satışı məsələsini araşdırıb. Məlum olub ki, bu il köhnə elektromobillər 25% ucuzlaşıb. Daha pis statistika: qiyməti 100 min avrodan yuxarı olan elektromobillər 4 ildə qiymətini 70% itirir. 
Hazırda Avropa bazarında işlənmiş elektromobil həddən çoxdur. Bunun səbəbi müştəri qıtlığıdır. Bəzi ölkələrdə həftələrlə köhnə elektromobil satılmadığı hallar olur. Avropalılar 2 səbəbdən işlənmiş elektromobil almırlar.
Daxiliyanma mühərrikli avtomobil almaq bahalı elektromobillərin işlənmişini almaqdan daha sərfəlidir. 
Ucuz elektromobillərin isə əsas detalları bir neçə ilə sıradan çıxdığı üçün onu alıb istismar etmək mümkün deyil. Bu texnika yalnız utilizasiyaya yarayır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh