Reklam

"Jetour" avtomobilini Çindən özümüz gətirsək nə baş verəcək? - Xeyirdən çox ziyan... - VİDEO

Avtobazar 19 Fevral 2024 15:17 Oxunub 2162
"Jetour" avtomobilini Çindən özümüz gətirsək nə baş verəcək? - Xeyirdən çox ziyan... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə Çin və digər ölkələrdən qeyri-rəsmi şəbəkələr vasitəsilə ölkəmizə avtomobillər gətirilir. Hətta bu maşınlara "zəmanət" verənlər də var. Alıcı isə düşünür ki, əgər ölkədə bu avtomobilin servisi və rəsmi satış yeri varsa hər hansı problemlə üzləşdikdə ora müraciət edəcək və işi həll olunacaq. Təbii ki, servis qiymətindən nisbətən ucuz avtomobil əldə etdiyinə görə alıcı çox sevinə bilmir. Elə ilk nasazlıq zamanı ciddi problemlə üz-üzə qalır. Belə ki, servisə müraciət etsə də məlum olur ki, onun əldə etdiyi avtomobil Azərbaycan bazarı üçün deyil. Məsələn, bütün parametrlər Çin və ya digər ölkə üçün nəzərdə tutulub.

Çünki avtomobil istehsalçıları idxal etdikləri maşınları ölkələrin iqlim şəraiti, yolları və s. parametrlərə uyğun hazırlayırlar. Xüsusilə yanacaq və onun keyfiyyəti burada əsas rol oynayır.

Odur ki, qeyri-rəsmi yolla avtomobil gətirən şəxs servisə müraciət etsə də detallar, ehtiyyat hissələri uyğun gəlmir. Nəticədə ya avtomobili geri qaytarmalı, ya da aylarlara yeni detalı gözləməli olurlar.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı ölkəmizdə yeni olsa da artıq brendə çevrilən Jetour avtomobilləri barəsində araşdırma aparıb. Məlum olub ki, bu maşınları da qeyri-rəsmi şəbəkələr vasitəsilə gətirmək istəyənlər olur.

Jetour Azərbaycanın satış müdiri Fərhad Seyidzadə bildirib ki, rəsmi qaydada əldə olunmayan Jetour avtomobillərinə zəmanət verilmir və onlar servisə qəbul edilmir. Ən çox isə dil menyusunda problem problem yaranır. Müştəri Çin bazarı üçün istehsal olunan maşını alır və dili dəyişə bilmir. Fərhad Seyidzadə onu da əlavə edib ki, Jetour Azərbaycan bu cür avtomobilləri servisə qəbul etmir. Hətta onlara ehtiyyat hissələri də satılmır. Jetour-dan rəsmi qaydada alınan avtomobillərə isə 6 il və ya 150 min km rəsmi zəmanət verilir ki, nəticədə hər bir avtomobil sahibinə qeyd olunan bütün xidmətlər göstərilir.

Ekspert Elmeddin Muradlı da öz növbəsində alıcılara rəsmi qaydada avtomobil almağı tövsiyə edib. Bildirib ki, gələcəkdə yaranan problemlər maşın alan zaman "qazanılan" məbləğdən 2 və bəzən 3 dəfə çox ola bilər. Yəni hanslsa modeli Azərbaycana özünüz və ya qeyri-rəsmi şəbəkə vasitəsilə gətirib 5-6 min manat "irəli düşənlər" bir da onda ayılırlar ki, daha böyük məbləğdə ziyana düşdülər. Çünki rəsmi servisin verdiyi zəmanətlə digərlərinin verdiyi kağız üzərində 1-2 illik "zəmanət" eyni keyfiyyət və xidməti əhatə etmir.

Bir daha qeyd edək ki, Jetour Azərbaycan rəsmi olaraq alınan avtomobillərə 6 il və ya 150.000 km zəmanət verir.

Ətraflı videomaterialda:

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh