Banner

“London taksiləri" gözləntiləri doğrultmur

Avtobazar 12 Oktyabr 2014 17:31 Oxunub 1796
“London taksiləri" gözləntiləri doğrultmur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Bu xidmətdən istifadə edən sərnişinlər həm qiymətdən, həm də xidmətdən razı olmalıdır”

“London taksiləri"nin paytaxtın taksi parkına daxil olanda elə zənn edirdik ki, bu sahədə parakəndlik aradan qaldırılmaqla taksi xidmətinin səviyyəsi yüksələcək, sağlam rəqabət mühütü yaradılacaq. Lakin ümüdlər özünü doğrultmadı. Bunun nəticəsidir ki, hətta bu taksilərin sürücüləri də narazılıqlarını bildirirlər. Maraqlıdır, indiyə qədər gətrilən “London taksiləri” gözləntiləri doğrultmursa, növbəti mərhələdə əlavə 500 taksinin gətrilməsinə nə ehtiyac var. Bu məsələ ilə bağlı fikirlrini “Üç nöqtə”yə bildirən ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda taksi xidməti özəl sektora məxsusdur: “Onu dövlət tənzimləmir. Əvvəllər belə bir tənzimlənmə var idi. Məsələn, müstəqilliyin ilk illərində taksi xidmətinin qiymətləri dövlət tərəfindən müəyyənləşdirilirdi, çünki o vaxt dövlətin də taksi parkı var idi. Sonra tam özəlləşdirildi, özəl xidmətə verildi”.

Müsahibimizin sözlərinə görə, o bir sosial ictimai xidmət sahəsi kimi tam olaraq biznesə çevirilib: “Dövlət bu sahəni tənzimləməyə ehtiyac duymadı, odur ki, qiymət sərbəst oldu. Ancaq əsas şərt o olmalıdır ki, xidmət normal olsun, müştərilər, bu xidmətdən istifadə edən sərnişinlər həm qiymətdən, həm də xidmətdən razı olsunlar. Həmdə rentabelli, rəaqbətqabiliyyətlilik təmin ediilsin. Iqtisadi fəaliyətdə əsas göstəricilərdən biri odur”.

Ekspert “London taksiləri” sürücülərinin vaxtaşırı ehtirazını əmək haqqının az ola biləcəyi ilə əlaqələndirir: “Ancaq burda “incə” hiyləgərlik də ola bilər. Məsələn,  taksi şirkəti xidmət haqlarını qaldırmaq istəyir, sürücüləri qabağa verib məsləhət görür ki, deyin maaşlarımız azdır, yaxşı pul qazana bilmirik və sair. Ona görə də, həmin problemi araşdırmaq lazımdır ki, sürücülərə nə qədər əmək haqqı verilir, onlar hansı şərtlərlə işləyirlər”.

Ə.Hüseynov taksi fəaliyyətində Nəqliyat Nazirliyinin tənzimləməsinin yalnız dövlət idarəçiliyindən ibarət olduğunu vurğuladı: “Nazirlik onlara lisenziya verir, həmin lisenziya şərtlərinə riayyət olunmasına nəzarət edir. Nəqliyat Nazirliyinin onlara nə maşrut xətti, nə tarif müəyyənləşdirməyə səlahiyyəti yoxdur. İndi Azərbaycanda o bağlılıqlar var. Qanunda göstərilməyən və bizim görmədiyimiz məqamlar ola bilər. Amma formal olsa da, taksi fəaliyətinin tənzimlənməsində dövlətin heç bir iştirakı yoxdur. Məsələnin o biri tərəfini götürəndə, şirkətdir rentabeliklə işləyə bilirsə, rəqabətə dözürsə, fəaliyət göstərir. O bilir ki, qiyməti çox qaldırsa, müştərini itirəcək. Ola bilər orada daxili problem də olsun. Onlarda ehtirazını bildirə bilər. Bu da əmək məsələsidir. Həmkarlar xidməti varsa ona müraciət edə bilərlər. Nəqliyat Nazirliyinin sürücülərin ehtiraz etmələrinə müdaxilə etməsi yolverilməzdir. Uzaqbaşı həmin məsələyə Əmək Müfəttişliyi qarışa bilər”.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh