Banner

"Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri - VİDEO

Avtobazar 16 May 2025 23:06 Oxunub 1336
"Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnternet resurslarının imkanları, həmçinin ölkəmizdə müasir Çin nəqliyyat vasitələrinə maraq "maşın bazarı"na ciddi təsir göstərib. Artıq avtomobil almaq arzusunda olanlar daha çox onlayn platformalara müraciət etməyə üstünlük verirlər.  Avtosfer.az-ın məlumatına görə, paytaxt sakinləri də bildirirlər ki, avtomobil alqı-satqısı əsasən internet üzərindən aparıldığı üçün "maşın bazarı"na ehtiyac qalmayıb. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, əvvəllər "maşın bazarı"ndakı qiymətlər elan saytlarındakından qat-qat aşağı idi. Avtomobilini satmaq üçün rayondan paytaxta üz tutanlar "əlimyandı"ya satıb gedirdilər. İndi isə müşahidələr başqa söz deyir. "Maşın bazarı"ndakı qiymətlər elan saytları ilə müqayisədə daha bahadır. Bir sözlə, son zamanlar "avtomobil bazarı" artıq insanların maraq dairəsində deyil.

Daha ətraflı Baku TV-ni süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh