Rəsmi "Toyota" mərkəzlərində satılan avtomobillərlə qeyri-rəsmi satılan maşınlar arasında əsas fərqlər nədir? - VİDEO

Avtobazar 19 İyun 2023 15:29 Oxunub 3038
Rəsmi "Toyota" mərkəzlərində satılan avtomobillərlə qeyri-rəsmi satılan maşınlar arasında əsas fərqlər nədir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana fərqli ölkələrdən xüsusilə Çindən və Dubaydan çox saylı yeni Toyota avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilb qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?

Məsələ ilə bağlı Toyota Qafqaz şirkətinin nümayəndəsi Sabir Kazımzadə bildirib ki, son vaxtlar ölkəyə rəsmi diler mərkəzləri tərəfindən idxal olunmayan və fərqli regionlara aid olan yeni Toyota avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikasını bizdə müşahidə edirik. “Əslində təbii ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.”

Sabir Kazımzadə qeyd edib ki, Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilədə Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. “Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir. Odur ki, müştərilərə yeni avtomobili əldə edərkən mütləq bu vacib məqama diqqəti yetirməyi tövsiyyə edirəm.”

Bəs görəsən Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə satılan yeni avtomobillərin zəmanət müddəti necə tənzimlənir?

Sabir Kazımzadə qeyd edib ki, zəmanət məsələsi ilə bağlı bu qeyd etdiyiniz ölkələrdən gətirilən və ya həmin qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri təəssüf ki zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.

“Yeni Toyota avtomobilinə Azərbaycanda zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya Toyota Avropanın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, Ərəb ölkələrindən eləcə də Toyota Avropanın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda Toyota şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulmuşdur və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə Toyota rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.”

O, əlavə edib ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.

S. Kazımzadə qeyd edib ki, bəzən Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə əldə olunan yeni Toyota avtomobillərində ehtiyat hissələrinin uyğunsuzluğu və ya tapılmaması kimi şikayətlər daxil olur.

“Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən Toyota avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodu sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklərdə yaranır.”

Toyota Qafqaz şirkətinin nümayəndəsi onu da əlavə edib ki, butün bu qeyd olunanan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.

“Nəzərinizə çatdırım ki, Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzidir.”

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh