Ucuz maşınlar satışda! - "Mercedes S350" - 3000 AZN - TAM SİYAHI
Avtobazar
10 Dekabr 2021 11:25
Oxunub 1120
11 yanvar 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:
S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | 2 ədəd “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi (siyahı əlavə olunur) | 18000 | 1800 | |
2 | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodu | Qaz 31105-120 | 2005 | 3150 | 315 |
3 | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodu | Uaz 396252-03 | 2002 | 4050 | 405 |
4 | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodu | Maz 5334-KS-3562 | 1985 | 4500 | 450 |
5 | Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi | Nissan Maxima | 2000 | 2700 | 270 |
6 | Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi | Nissan Maxima | 1999 | 2700 | 270 |
7 | Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi | Nissan Maxima | 1999 | 2700 | 270 |
8 | Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi | Nissan Maxima | 2004 | 4050 | 405 |
9 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi | BMW 523i | 2006 | 11250 | 1125 |
10 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi | Audi A6 | 2005 | 5400 | 540 |
11 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi | Audi A6 | 2005 | 5400 | 540 |
12 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi | Audi A6 | 2005 | 5400 | 540 |
13 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Kia Optima | 2005 | 4050 | 405 |
14 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Kia Optima | 2005 | 4050 | 405 |
15 | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti | Nefaz 9334-01 | 2005 | 1000 | 100 |
16 | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti | Nefaz 9334-10 | 2006 | 1000 | 100 |
17 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsi | RK “Nauçnıy” gəmisi | 1986 | 20000 | 2000 |
18 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti | “Elsevər Hüseynov” köməkçi kateri | 1986 | 5000 | 500 |
19 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsi | Mercedes S350 | 1994 | 3000 | 300 |
20 | “Aqrarkredit” Qapalı Səhmdar Kredit Təşkilatının Bərdə filialı | Vaz 21213 | 2004 | 1250 | 125 |
21 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron Regional Meşə Təsərrüfatı Mərkəzi | Traktor Mtz-82-1 | 2002 | 3500 | 350 |
22 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi | Vaz 21214 | 2007 | 2500 | 250 |
23 | Göygöl Rayon İcra Hakimiyyəti | Vaz-21214 | 2007 | 2500 | 250 |
24 | Beynəlxalq Muğam Mərkəzi | Volvo | 2004 | 5000 | 500 |
25 | Azərbaycan Respublikasının Baş Prokurorluğu | Skoda Super B | 2012 | 9000 | 900 |
26 | Azərbaycan Respublikasının Baş Prokurorluğu | Skoda Super B | 2012 | 9000 | 900 |
27 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | Fiat Doblo | 2011 | 8000 | 800 |
28 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | Peugeot 607 | 2005 | 4500 | 450 |
Qeyd: Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır. Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64 |
|||||
Qeyd: 1-ci sətirdə (lotda) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. 2-4-cü sətirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodunun balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 5-8-ci sətirdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 9-12-ci sətirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 13-14-cü sətirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 15-16-cı sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 17-19-cu sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır. 20-ci sətirdə “Aqrarkredit” Qapalı Səhmdar Kredit Təşkilatının Bərdə filialının balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır. 21-ci sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron Regional Meşə Təsərrüfatı Mərkəzinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 30.03.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır. 22-ci sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 21.09.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır. 23-cü sətirdə Göygöl Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 18.05.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır. 24-cü sətirdə Beynəlxalq Muğam Mərkəzinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 14.09.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır. 25-26-cı sətirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. 27-28-ci sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. |
|||||
Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN) 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) |
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR