100 kilometrə 1,55 litr benzin işlədən KROSSOVERİN SATIŞI BAŞLADI - QİYMƏT

Çinin «Haval» şirkəti 100 kilometrə 1,55 litr yanacaq sərf edən yeni «Haval H6 DHT-PHEV» krossoverinin satışına başlayıb.
Avtosfer xəbər verir ki, hibrid akkumulyator tutumlu Haval H6 bir dəfə enerji yükləməklə 110 kilometrə qədər yol qət edə bilir.
Yenicə satışı başlayan «Haval H6 DHT-PHEV» krossoverinin əla xüsusiyyətlərindən biri onun evdəki ənənəvi enerji mənbəyindən («rozetka»dan) enerji yığa bilməsidir.
Avtomobil 3 versiyada buraxılıb, onlar bir-birin7dən təkcə əlavə imkanları və qiymətinə görə deyil, göstəricilərinə görə də fərqlənirlər. «Haval 6 DHT-PHEV»in bu 3 versiyasının qiymətləri 160-274 min yuan (yəni 22,5-38,5 min dollar).
Ümumi göstəricilər - 1,5 litrlik turbo mühərrik və elektrik mühərriki. Hətta ən sadə variantda belə, «H6» 326 at gücü verə bilir. Amma bunun üçün akkumulyator kiçikdir - 9,4 kilovatt-saat. Benzin mühərriki işə düşməsə, bu akkumulyatorla cəmi 55 km yol getmək olar.
100 km-ə yanacaq sərfi isə 2,82 litr təşkil edər. Daha bahalı variantlarda isə akkumulyator daha böyükdür - 19,3 və ya 20,0 kilovatt-saat. Belə maşınlar 100 km-ə 1,55 litr yanacaq işlədir, enerji hesabına isə 110 km gedir.

fed.az
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO











