14 yaşlı qızın avtomobil dünyasını dəyişdirəcək ixtirası - VİDEO

Tay-tuşları telefonla qurdalananda Şanza Sami kitab oxumaqla məşğul idi. Bunun da yaxşı nəticəsini gördü.
Avtosfer.az-ın xəbərinə görə, ABŞ-da keçirilən gənc ixtiraçılar yarışmasında 14 yaşlı Hindistan əsilli qız qalib gəlib. Onun ixtirasını münsiflər yekdilliklə bəyənib.
Yeniyetmə qızın ixtirası avtomobil mühərrikindən çıxan işlənmiş qazların 5 mərhələdə təmizlənməsini nəzərdə tutur: birinci mərhələdə xırda hissəciklər tutulur, sonra qazlar kömür tərkibli nanotexnologiyalı borudan keçərək elektroliz kamerasına daxil olur və ardınca hidrogen vasitəsi ilə su buxarı tutularaq yaşıl enerji istehsalına sərf olunur. Sonuncu mərhələdə ultrabənövşəyi işıqlar üzvi çirkləndiriciləri məhv edir.
Yerli mətbuata müsahibəsində gənc ixtiraçı bildirib ki, ona ideya valideynlərinin vətəni olan hindistana gedərkən yaranıb. Dehliyə gələn qız havanın çirkliliyinə görə burada pnevmoniyadan uzun müddət müalicə alıb. Hava çirkliliyinə görə ölənlər arasında onun qohumları da var.
Hörmətli oxucunu maraqlandıran bir suala da cavab vermək yerinə düşər. Sual olunur ki, bu ixtiraların uşaqların şəxsi həyatına, gələcəyinə təsiri nədən ibarətdir?
Cavab sadədir: ABŞ universitetləri bu beyinlərin sözün həqiqi mənasında ovuna çıxıb. Dini, etnik, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq ali məktəblər bu cür gəncləri sorğu-sualsız və çox yüksək təqaüdlə qəbul edirlər. Çox vaxt qabiliyyətli uşaqların liseyi bitirmələrinə də ehtiyac qalmır. Belələri arasında Azərbaycan əsilli yeniyetmələr də az deyil. Yəni, bir sanballı ixtiraya görə çoxlarının arzu etdiyi Harvard, Massaçusets universitetlərinə qəbul olmaq mümkündür. İxtiranın patentləşdirilməsi və istehsala tətbiqi nəticəsində əldə ediləcək gəlir də öz yerində.
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










