2021-ci ildə Avropanın ən populyar - 5 AVTOMOBİL MARKASI

2021-ci ilin oktyabr ayında Avropa bazarında minik avtomobillərinin satışının həcmi 29.3% azalaraq cəmi 798 690 ədəd təşkil edib.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, elə əhəmiyyətli azalma nəqliyyat vasitələrinin istehsalı üçün tələb olunan mikroçiplərin çatışmazlığı ilə əlaqəli olub.
“New Cars” portalının ekspertləri bu ilin oktyabr ayında Avropanın ən populyar avtomobil markalarının reytinqini təqdim ediblər.
Beşinci sıranı Almaniyanın “BMW” şirkəti tutur, onun rəsmi dileri Avropa İttifaqında 47.7 min avtomobil satmağa müvəffəq olub ki, bu da ötən illə müqayisədə 21.2% azdır.
Dördüncü yerdə alman avtomobil sənayesinin digər nümayəndəsi – “Mercedes-Benz” markası dayanır. 2021-ci ilin oktyabr ayında 48.1 min (36.3% azalma) “Mercedes” satılıb.
Üçüncü sıra 50.9 min avtomobil satışı ilə (keçən illə müqayisədə 36% azalma) Fransanın “Renault” şirkətinə məxsusdur. Reytinqin ikinci pilləsini “Peugeot” konserni tutur. Bu markanın Avropa İttifaqında 52.7 min avtomobili satılıb (30.5% azalma).
Və nəhayət, reytinqin lideri 74 min satışla (40.2% azalma) avtomobil nəhəngi “Volkswagen” seçilib.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










