ABŞ "Tesla"nın əli ilə Çinin elektromobil bazarını çökdürür - Köhnə model GERİ DÖNÜR

Amerika avtomobil nəhəngi "Tesla" öz elektrik avtomobillərindən birinin yeni nəslini buraxacaq.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Model "Y"nin yenilənmiş versiyasının buraxılması barədə məlumatı jurnalistlərə şirkətdəki anonim mənbələr açıqlayıb. Onların sözlərinə görə, 2024-cü ildə korporasiya avtomobilin yeni nəslini təqdim edəcək. İnsayderlər buraxılışın təfərrüatlarını açıqlamayıblar, lakin qeyd ediblər ki, avtomobil oktyabrda olduğundan daha ciddi dəyişikliklər alacaq.
Qeyd edək ki, "Tesla " payızda yenidən dizayn edilmiş təkərləri və optikası ilə yenilənmiş Model "Y" təqdim edib.
Model "Y"nin kütləvi istehsalının 2024-cü ilin ortalarında, qlobal satışların isə ilin sonuna qədər başlayacağı gözlənilir. İlk partiya Şanxaydakı "Tesla" zavodunda yığılacaq. Yeni il bayramları zamanı şirkət konveyerin modernləşdirilməsi üçün iki həftəlik istehsalı dayandıracaq.
"Tesla"nın Çindəki törəmə şirkətinin nümayəndəsi isə şərh verməkdən imtina edib.
"Bloomberg"in həmsöhbətləri bildiriblər ki, yeni modelin buraxılmasına səbəb digər məsələlərlə yanaşı, Çin elektromobil istehsalçılarının rəqabətinin artmasıdır. Çində Model "Y" son dərəcə populyardır: avtomobil brendin bütün elektrik avtomobilləri arasında satışın 75 faizini təşkil edir.
Sentyabr ayında "Tesla" yenilənmiş Model "3" elektromobilini təqdim edib. Elektrik sedan yenidən dizayn alıb, məsafəni 630 kilometrə qədər artırıb, təkmilləşdirilmiş səs izolyasiyası, havalandırılan oturacaqlar və fərdiləşdirilə bilən ön optika. (publika.az)
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










