Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU

Qəribə hadisə İspaniya vətəndaşlarının başına gəlib.
Avtosfer.az xəbər verir ki, barselonalı ər-arvad avtomobillərini doğma şəhərin aeroportunda park edərək Afrikaya yola düşürlər. Bir neçə gün sonra qayıtdıqda isə avtomobili parkinqdə tapa bilmədikləri üçün aeroport rəhbərliyinə məlumat verirlər.
Təhlükəsizlik xidmətinin axtarışları nəticə vermir: sistemdə maşının aeroportu tərk etmədiyi görünsə də, maşçın yerində yoxdur.
Kor-peşman evə qayıdan cütlük polisə xəbər verir. Bir gün sonra isə avtomobilşin Fransa ərazisində çox sayda qayda pozuntusuna yol verməsi haqqında bildirişlər gəlir. Ardınca maşınla əlaqə itir.
Bu günlərdə isə maşının Barselonadan 3000 kilometr uzaqda Bolqarıstanda olduğu müəyəyn edilib. İndi ailə maşının İspaniyaya geri qaytarılacağı günü gözləyir.
Ekspertlər bildirirlər ki, Avropada bu tip oğurluq geniş yayılıb: cinayətkarlar avtomobilin qapısı bağlanarkən pult üçün radiomaneə yaradırlar. Sürücü elə bilir ki, qapılar kilidlənib. Əslində isə, qapı açıq qalıb. Bundan sonra isə oğrular avtomobili parkinqdən çıxararkən hansısa maşının arxasına “yapışdıraraq” ərazini tərk ediblər. 2 maşın bir-birinə çox yaxın sürüldüyü üçün nəzarət kameraları nömrəni görə bilmir.
Vüqar Yaşaroğlu
Havanın temperaturu elektromobilin qət etdiyi məsafəni azaldır - ARAŞDIRMA
Alman avtomobil nəhəngi yeni helikopterini təqdim etdi - FOTO
“Lada” üçün 20 ilin ən pis ayı
Yaxın Şərqdəki böhran avtomobil sənayesinə necə təsir edəcək?
Anar Ələkbərov AAF-nin tərəfdaş şirkətləri ilə görüş keçirdi – FOTOSESSİYA
Ruslar Dubaydan ən çox bu maşınları alırlar
Mercedes-Benz-dən Ramazan ayı münasibətilə eksklüziv təkliflər - FOTO
Bu ölkədə “Lada” Rusiyadan daha ucuzdur - FOTO
Çinin avtomobil sənayesində inqilabi: Mexaniki sükan aradan qalxır - RƏSMİ
Avtomobillərin kompüterləşdirilməsi qiymətlərə necə təsir edəcək? - ARAŞDIRMA
Bu il hansı avtomobillər hit olacaq? - Ekspertlərin diqqətini cəlb edənlər - FOTOLAR










