Alkoqoliklər taksi xidmətində: Ziddiyyət, yoxsa qanunauyğunluq?

Hörmətli oxucu ilk baxışdan belə düşünəcək: alkoqol asılılığı olan şəxsin taksi xidmətində nə işi ola bilər? Amma tarix göstərir ki, bəzən belə də olur.
Avtosfer.az xəbər verir ki, ötən əsrin 50-60-cı illərində keçmiş SSRİ-də taksi xidməti sürətlə inkişaf edirdi. QAZ-20 (Pobeda) və QAZ-21 avtomobillərinin gəlişi ilə taksidən istifadə də populyarlaşdı. Qiymətin ucuzluğu da istifadəçi sayına təsir edirdi. Elektrik nəqliyyatının qiyməti 3 qəpik, avtobus 5 qəpik olduğu halda taksinin hər kilometri 15 qəpik idi.
Təbii ki, dünyanın altıda birinə sahib olan ölkədə qəzaya düşən, uzun müddət istismar edilib “yorulan” taksi avtomobilləri də çox olurdu. 50-60-cı illərdə onları “müalicə” üçün Moskva yaxınlığındakı VARZ-a, yəni İkinci Avtotəmir Zavoduna göndərirdilər. Burada taksilər əsaslı təmir olunurdu.
İndi gəldik alkoqolizm məsələsinə. Bu zavodda işləyənlərin əksəriyyəti sovet ideoloqlarının təbirincə “əmək tərbiyəsi”nə cəlb olunmuş şəxslər idi. Müasir dildə desək, alkoqolizmdən əziyyət çəkən şəxslər burada dəyəri ödənilməyən işə cəlb olunurdu. Maya dəyəri az, işin keyfiyyəti aşağı idi.
Ən maraqlı məqam isə sərxoş tutulan taksi sürücülərini də bura “əmək tərbiyəsi”nə göndərirməsidir. Buradakı ağır iş rejimini (xüsusən qışda) görən taksi sürücülərinin çoxu yalnız məzuniyyət vaxtı araq içirdi.
Ədalət naminə deyək ki, xroniki alkoqolizmdən əziyyət çəkənlərlə taksi sürücüləri arasında fərq qoyulurdu. Birincilər bu zavodda aylarla çalışdığı halda, taksi sürücülərinin “tərbiyələnməsi” əksər hallarda bir həftəni keçmirdi.
Vüqar
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO











