Artıq bu şəhərə “uçan avtomobil”lə səyahət başlayır - Gələcəyin maşınları - VİDEO

Avtodünya 26 Yanvar 2022 18:15 Oxunub 2980
Artıq bu şəhərə “uçan avtomobil”lə səyahət başlayır - Gələcəyin maşınları - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq Londondan Parisə gediş-gəliş üçün “uçan maşınlar”dan istifadə olunacaq.

Ednews xarici mediaya istinadən xəbər verir ki, hazırda uçuşa yararlılıq testini keçmə mərhələsində olan “AirCar” sınaqlardan çıxaraq ilkin mərhələ üçün sertifikat əldə edib.

Uçan avtomobil firması Avropa nəqliyyat qurumundan Uçuşa Yararlılıq Sertifikatı aldıqdan sonra London və Paris arasında yaxın gələcəkdə səyahətlərə başlayacaq.

Slovakiyalı Stefan Klayn tərəfindən icad olunan “AirCar,” 2 dəqiqə 15 saniyə içində cizgi filmlərindəki “transformer” kimi təyyarəyə çevrilir. Avtomobil təyyarəyə çevrilərək havaya qalxan kimi sürəti 160 km/s-dən yuxarı qalxır. Bununlada avto-təyyarə 2 şəhər arasındakı 340 km məsafəni cəmi iki saat içində qət edə biləcək.

Yeni qurğu Klaynın təşəbbüsü ilə dünyaca məşhur olan Nitra və Bratislavadakı hava limanları arasında 35 dəqiqəlik uçuş zamanı test edilib. Bundan əlavə, yeni avto-təyyarə Avropa Aviasiya Təhlükəsizliyi Şirkətinin (EASA) tələblərinə cavab vermək üçün 70 saatdan çox uçuş testindən keçirilib.

"AirCar” tərəfindən verilən sertifikat daha çox ətraf mühitə uyğun olan avtomobillərin kütləvi istehsalı üçün imkanlar yaradır. Bu, orta uzaq məsafəli səyahəti daim olaraq dəyişdirmək bacarığımızın son təsdiqidir,"- deyə, proseffor Klayn vurğulayıb.

İlk olaraq, adi benzin nasosu ilə işləyən və BMW mühərriki ilə təchiz edilmiş “AirCar” iki nəfəri daşıya biləcək komfortlu bir taksi kimi fəaliyyətə başlayacaq. Uçuşu tamamladıqdan sonra qanadları qatlanan hibrit təyyarə avtomobili rahatlıqla dayanacaqda parklana biləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh