Aşıq Zülfiyyə: “Rəfiqəmin hədiyyə etdiyi 250 minlik avtomobili qəbul etmədim” – VİDEO

“O xanım 180 min dollara (təxminən 250 min manat) mənə Almaniyadan avtomobil sifariş etdi. Əslində ad günümə sifariş etməli idi. Allaha and olsun, dedim, dünya dağılsa da, mümkün deyil. Onu hədiyyə kimi qəbul etmərəm”.
Avtosfer.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi rəfiqəsinin ona hədiyyə etmək istədiyi, dəyəri 250 min manatlıq avtomobildən söz açıb:
“Bilirsiniz, hədiyyənin baha və ya ucuzu olmur. Avtomobil Bakıya gəldi. Rəfiqəmə sual verdim ki, niyə etdin? Cavab verdi ki, istəyirəm, sən həmin avtomobildən sürəsən. Həmin o maşını aldım, indi də idarə edirəm. Amma pulunu özüm ödədim”.
Proqramın aparıcısı Zaur Nəbioğlunu “Bu yaxınlarda həmkarınız Şəbnəm Tovuzluya avtomobil hədiyyə etdilər. Amma o sizdən fərqli olaraq o hədiyyəni qəbul etdi” sözlərinə “Şəbnəmə bahalı maşın almayıblar. 30 min qiyməti var. Hədiyyənin ucuzu, bahası yoxdur” cavabını verib.
bizim.media
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










