Audi İnqolştadtdakı baş zavodda istehsalı dayandırıb

Audi şirkəti İnqolştadt şəhərindəki əsas zavodunda avtomobillərin buraxılması prosesini dayandırıb. Zavodun boş dayanması ən azından yayın sonuna qədər davam edəcəkdir. Belə qərarın qəbul edilməsinin əsas səbəbi elektron komponentlərin qlobal çatışmamazlığıdır – yeni avtomobillərin konveyerdən çıxmasına detal çatışmamazlığı mane olur. Bundan başqa, yığım xətlərindən birində Audi Q6 e-tron modelinin buraxılmasına hazırlıq işlərinin tamamlanması üçün yenidənqurma prosesi gedir.
Mikroçiplərin çatışmamazlığı Audi şirkətinin digər müəssisələrinə də təsir edib. Belə ki, yaxın bir neçə gündə, dörd min insanın çalışdığı Nekkralzumdakı zavod da boş dayanma rejiminə keçəcəkdir. Əməkdaşlar isə qısaldılmış iş rejiminə keçiriləcəkdirlər.
Spiegel nəşrinin bildirdiyinə görə, mikroçip çatışmamazlığı Audi şirkətinə baha başa gəlib – 2021-ci ilin birinci rübündə istehsalçı sifarişçilərə 50 min avtomobili göndərə bilməyib. Cari boş dayanma hazır avtomobillərin dilerlərə göndərilməsi prosesinin gecikməsinə səbəb olacaqdır.
Xatlırladaq ki, eyni səbəbdən Toyota şirkəti də bu ilin sentyabr ayında yeni avtomobillərin istehsal həcmini 40% azaltmağı planlaşdırır. Beləliklə, Toyota gələn ay 140 min avtomobil az istehsal edəcəkdir. Elektron komponentlərin çatışmamazlığı səbəbindən, yapon istehsalçısı 15 müəssisəsində istehsal prosesini tam dayandıracaqdır. Qeyd etmək lazımdır ki, çip böhranı digər istehsalçılar üçün də təsirsiz ötüşməyib. Məsələn, Nissan şirkəti də öz istehsal planlarına düzəliş etmək qərarına gəlib.
Komplektləşdiricilərin defisitinin əsas səbəbi mikroprossesor və yarımkeçiriciklərin çatışmamazlığı, habelə Cənubi-Şərqi Asiyada COVID-19 virusunun delta-ştamının yayılmasıdır. İş orasındadır ki, məsələn, Toyota şirkətinin sifariş etdiyi elektron komponentlərin əksər hissəsi bu regionda istehsal olunur.///autograph
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO











