Avropa İttifaqı Çin elektromobillərinə 45,3%-dək əlavə vergi tətbiq edir

Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal edilən elektrik avtomobillərinə dair subsidiyaya qarşı araşdırmasının tamamlandığını və 5 il ərində bu ölkədən Avropa İttifaqına idxal edilən elektromobillərə yüksək anti-subsidiya vergilərinin tətbiq edildiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada, araşdırma nəticəsində Çində elektrikli avtomobil dəyər zəncirinin ədalətsiz subsidiyalardan faydalandığı və bunun Avropadakı istehsalçılara iqtisadi ziyan vurduğu müəyyən edilib.
Açıqlamada, əlavə vergilərin Avropa İttifaqı Rəsmi Portalında dərc edildikdən bir gün sonra tətbiq ediləcəyi və bu prosesdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun bir həll tapılması üçün səylərin davam etdiriləcəyi qeyd edilib.
Açıqlamada Tesla-nın Çində istehsal etdiyi modellərə 7,8%, BYD-nin modellərinə 17%, Geely-nin modellərinə 18,8%, araşdırma ilə əməkdaşlıq edən istehsalçıların modellərinə 20,7%, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərin modellərinə isə 35,3% əlavə vergi tətbiq ediləcəyi vurğulanıb. 4 iyuldan etibarən tətbiq edilən müvəqqəti vergilər alınmayacaq.
Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır.
Aİ Komissiyası iyul ayında Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq etməyə başlayacağını açıqlamışdı. Qərardan əvvəl Aİ Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi.
Müəyyən edilmiş son vergi dərəcələri cari 10 faizlik vergiyə əlavə olunacaq.
Ümumilikdə 45,3%-ədək olan vergilərin oktyabrın 30-da Aİ-nin rəsmi portalında dərc olunması və oktyabrın 31-dən toplanmasına başlanacağı gözlənilir.
(Marja)
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










