Avropada “ölüxana”dan hansı detalları zəmanətlə almaq olar?

Son günlərdə avtomobil ustaları və ekspertlər ikinci əl avtomobil detalları ilə bağlı çox ciddi müzakirələr aparırlar. Onların gətirdikləri arqumentlərin böyük hissəsi doğrudur. Mən də onların fikirlərinə hörmətlə yanaşaraq bu məsələdə xarici təcrübə barədə danışmaq istəyirəm.
Avropada ekoloji tələblər sərtləşdikcə ikinci əl detallardan istifadə də təşviq edilir. Bu məsələ son 5-6 ildə populyarlaşdığı üçün məsələ bir çox ölkədə qanunla tənzimlənir. Almaniya, Fransa, İsveçrə və Belçika kimi çox sayda avtomobil olan ölkədə ikinci əl detallardan istifadə məsələsi konkretləşdirilib.
Məsələni ilk dəfə qanuniləşdirənlərdən biri Fransa olub. 2017-ci ildə bu sahədə qanun tətbiq edən ölkə sonradan bir çox məsələyə də hüquqi aydınlıq gətirib. Digər Avropa ölkələrində də vəziyyət buna oxşardır.
Fransa qanunvericiliyinə görə, servis mərkəzləri avtomobil sahiblərinə həm də ikinci əl detalları təqdim etməyə borcludur. Lakin müştərinin seçimi əsasdır. Köhnə detalın qiyməti aşağı olduğu üçün bir çox sürücü buna maraq göstərir.
Bununla belə, işlənmiş detalı təqdim edən şəxs müəyyən məsuliyyət daşıyır. Belə ki, təzə detal üçün zəmanət minimum 24 ay olduğu halda, köhnə detalda müddət daha azdır.
Standart detallar, məsələn işlənmiş faralar üçün zəmanət müddəti 12 aydır.
Mexaniki hissələr, məsələn mühərrik və sürət qutuları üçün zəmanət 3-6 arası dəyişir.
Böyük detallar, məsələn, reduktor, arxa körpü kimi detallara azı 3 ay zəmanət verilir.
İsveçrə qanunvericiliyi də zəmanəti ön plana çəkir. Lakin burada müddəti alıcı və satıcı danışıq yolu ilə həll edir. Alıcı öz təşəbbüsü ilə zəmanətdən imtina etmədiyi təqdirdə satıcının zəmanətsiz detal satmaq hüququ yaranmır.
Bir məsələ daim diqqətdə saxlanılır. Adını qeyd etdiyim ölkələrdə avtomobilin birbaşa təhlükəsizliyinə aid olan detalların köhnəsinin istifadəsinə icazə verilmir. Məsələn, fara, bamper, qapı, kapot, radiator, kardan valı kimi detalların köhnəsini hamı alıb quraşdıra bilər. lakin hava yastıqları, tormoz detalları və asqının bəzi elementlərinin köhnə maşından çıxarılaraq satılması qadağandır.
Ən əsası isə, bu ölkələrdə işlənmiş detalların satışı ilə ixtisaslaşmış müəssisələr məşğul olur. Onların fəaliyyətində ekoloji normalara riayət edilməsi ciddi nəzarətdə saxlanılır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












