Reklam

Avropada pullu yollar: Hər kəs istədiyi kimi sürə bilərmi? - FOTO

Avtodünya 9 Fevral 2024 11:38 Oxunub 430
Avropada pullu yollar:  Hər kəs istədiyi kimi sürə bilərmi?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda pullu yollarla bağlı narazılıqlar bitmir. Kimi bu yola qarşı çıxır, kimi pullu yolu sürət meydançası hesab edir, bir başqası 40 ilin “Jiquli”sinin bu yola buraxılmamasını ayrıseçkilik kimi qiymətləndirir və s. 

Bəs Avropa təcrübəsində necədir? 

Bəri başdan deyək ki, yol vergisi və ödənişli yol ayrı-ayrı anlayışlardır. Hər bir avtomobil sahibi ildə müəyyən məbləğdə yol vergisi ödəyir. Magistrallardan, xüsusi yol və tunellərdən istifadə üçün ödənilən məbləğ isə vergi hesab edilmir. 

Avtosfer.az xəbər verir ki, 12 Avropa ölkəsində yollar pulsuz olsa da, müəyyən istisnalar mövcuddur. Söhbət Almaniya, Danimarka, Belçika, Kipr, Finlandiya, Litva, Latviya, Estoniya, Lüksemburq, Niderland, İsveç və İspaniyadan gedir. 
Bu istisnalar əsasən tunel və keçidlərə, bəzən də sürətli yollara aiddir. Məsələn, İsveçdən Danimarkaya keçid üçün Oresund tunelinin girişində 400 kron (100 manat) ödəmək ıazım gəlir. Yaxud, Belçikanın Antverpen regionundakı tunellərin xidmət haqqı 6 avrodur. 
Litvada yalnız avtobus (9+ sərnişin) və yük maşınları yol üçün pul ödəyir. Qiymət də kifayət qədər bahalıdır: 1 gün 20 avro, 1 ay 150 avro, 1 il 600 avro.
Almaniyada bütün avtoyollar pandemiyadan sonra pulsuz oldu. Lakin əcnəbilərə ayrıca ödəniş tətbiq etmək qərarını Avropa Parlamenti ləğv etdirdi. 
Bir çox ölkədə yol vergisinin ödənilməsini bildirmək üçün xüsusi birkalar tətbiq edilir (bizdəki köhnə texniki baxış talonları kimi). Lakin son illərdə sistem elektronlaşır. Məsələn, Avstriyada bu birka 91 avro olsa da, bəzi yollar üçün 5-25 avro arası ayrı ödəniş təlb olunur. Macarıstanda yolların cəmi 30%-i pulsuzdur, digər yollardan istifadə ildə 127 avroya başa gəlir. Bu xərc Sloveniyada 120, Rumıniya və Bolqarıstanda 50 avrodur.  
Polşa 2012-dən etibarən elektron sistem tətbiq edib. Ölkədə pullu yolların hər kilometri 0,10 zlotı, təxminən 3 qəpik təşkil edir. 
Ən bahalı magistrallar romandilli Avropadadır. İtaliyada hıər 100 km üçün 6,7, Fransada isə 7 avro ödəmək lazım gəlıir.
Yolların pulsuz olduğu yeganə Avropa ölkəsi Maltadır ki, burada da magistral yoxdur.
Magistralların uzunluğu İspaniyada 15 000, Almaniya və Fransada isə 12 000 kilometrdən çoxdur.
Əksər ölkələrdə magistrallara alternativ olaraq pulsuz yollar da var. Lakin bu yollarda sürət nisbətən az, intensivlik çoxdur. 
Bir haqlı sual da ortaya çıxır: əgər yol vergisini hamı ödəyirsə (dolayı yolla bu vergi ictimai nəqliyyatdan istifadə edən vətəndaşın bilet qiymətində əks olunur) ayrıca pullu yol nəyə lazımdır?
Avropalı hüquqşünasların fikrincə, yolların təmiri və qurulması bütün vergi ödəyicilərinin üzərinə yüklənə bilməz. Əks halda hər avropalı ildə orta hesabla 450 avro əlavıə vergi ödəməli olar. Kimsə lüks yoldan istifadə etmək istəyirsə xərci özü çəkməlidir. 
Pullu yollardan alınan verginin bir hissəsi yerli bələdiyyələrə, qalan hissəsi isə infrastruktutun saxlanmasına və təkmilləşməsinə sərf olunur. 

Qayıdaq girişdə xatırlatdığımız narazılıq məsələsinə: pulumu verib istədiyim kimi sürə bilərəm kimi səhv düşüncəyə Avropada yer yoxdur. Almaniyanın bəzi avtobanlarını çıxmaq şərti ilə Avropada maksimal icazə verilən sürət 130 km/saatdan çox deyil. Təyinatından asılı olmayaraq bütün yollarda qaydalara əməl etmək tələb olunur.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh