Avropanın ən qənaətcil avtomobilləri - SİYAHI

Avtodünya 16 Noyabr 2023 10:29 Oxunub 534
Avropanın ən qənaətcil avtomobilləri  - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilin yanacaq sərfiyyatı onun haqqında ilkin rəy formalaşdıran amildir. Bu səbəbdən əksər sürücülər qənaətcil maşınlara üstünlük verirlər. 

Avtosfer.az xəbər verir ki, avropalı ekspertlər qitədə satışda olan ən qənaətcil avtomobillərin siyahısını tərtib ediblər. siyahıya 6 ənənəvi avtomobil və 4 elektromobil daxildir. 

Aşağı büdcəli avtomobillər arasında ən qənaətcilləri bunlar seçilib:
Renault Clio — 4,1 l/100 km
Citroën C3 — 4,5 l/100 km
Fiat 500 — 4,6 l/100 km
Toyota Aygo X — 4,8 l/100 km
Fiat Panda — 4,8 l/100 km
Mazda 2 — 4,8 l/100 km.

Elektromobillər arasında isə ən qənaətcilləri bunlar hesab edilir:
Fiat 500e — 13,0 kilovat/saat/100 km
Dacia Spring – 13,9 kilovat/saat/100 km.
Smart Fortwo EQ — 15,7 kilovat/saat/100 km.
Renault Twingo — 16,0 kilovat/saat/100 km.

Bir faktı da qeyd edək ki, göstəricilər regiona görə dəyişə. Sözügedən avtomobillər Azərbaycanda fərqli göstərici nümayiş etdirə bilər. Ən əsası, bu göstəricilər təzə texnikaya aiddir.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh