Banner

Avtomobil dünyasını dəyişən qadınlar - FOTO

Avtodünya 8 Mart 2022 02:00 Oxunub 5516
Avtomobil dünyasını dəyişən qadınlar   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qadınlar olmasaydı, müasir avtomobillər ümumiyyətlə mövcud olmazdı. Avtosfer.az sizlər üçün avtomobil dünyasını dəyişib, yeniliklər gətirən qadınlar barədə xəbər verir.

Berta Benz

Малоизвестные факты о создании первого автомобиля Карла Бенца

Berta Benz olmasaydı, ümumiyyətlə avtomobillər olmaya bilərdi. Bu ağıllı qız 22 yaşında dülgər atasından cehiz tələb edir. Öz cehizini gələcək həyat yoldaşı olan Karl Benz və Avqust Ritterin metallurgiya və maşınqayırma fabrikinə yatırır. Berta həyat yoldaşına bu yolda hər cür dəstək olur.1888-ci ilin avqust ayında Benz ərindən xəbərsiz "öz-özünə gedən arabasını" götürüb anasının yanına gedir. İxtiraçı “Benz Patent Motorwagen No3” adlanan avtomobili o vaxta qədər yalnız emalatxananın ətrafında və ən yaxın küçələrdə hərəkət etdirirdi. Ancaq Bertanın sayəsində bu dəfə avtomobili yolda yüzlərlə insan görür. Beləliklə, Berta Benz ixtira ətrafında səs-küy yaranmasına səbəb olur. O zamana kimi avtomobillər dik yoxuşları qalxmaqda çətinlik çəkirdi. Karlzın həyat yoldaşının anasını avtomobillə növbəti ziyarətindən sonra isə bu çətinlik də aradan qalxır. Məhz xanımının məsləhəti ilə avtomobilə sürətlər qutusunu yerləşdirir.

Mercedes Jellinek

История еврейской девочки Мерседес, в честь которой назван известный  автомобиль — DRIVE2

Məşhur Alman markasının adını daşıyan Mercedes, bəlkə də adı avtomobillərlə bağlı olan ən məşhur qadındır. Belə ki, Avstriya-Macarıstanın baş konsulu Emil Jellinek özüyeriyən vaqonlarda qazanc və şöhrət perspektivini görərək avtomobillərlə maraqlanmağa başlayır. Jellinek Nitsada tanışları Gottlieb Daimler və Wilhelm Maybach-ın avtomobillərinin satışını qurur və ticarət müəssisəsi üçün ayrılmış villanı "Mercedes" adlandırır. (əslində, xanımın adı Adriana Manuela Ramona Jellinek və Mercedes sadəcə ləqəbi idi; ispan dilindən tərcümədə "mərhəmət" deməkdir). Daimler şirkətinin həmtəsisçisinin ölümündən sonra 1901-ci ildə şirkət məşhur “Mercedes” adı ilə 35 at gücünə malik avtomobil istehsalına başlayır. 1902-ci ildə isə Parisdə bir sərgidə Jellinek bu modeli qızının nəhəng portretinin yanında təqdim edir.

Meri Anderson

Bu qadının adı demək olar ki, heç kimə məlum deyil. Buna baxmayaraq, bu gün hər sürücü xanımın ixtirasından istifadə edir. Amerikalı Meri Anderson 1903-cü ildə şüşəsilənləri icad edib və bu ixtirasını patentləşdirib.

İlk "siləcəklər" əlbəttə ki, mexaniki, fırlanan tutacaqdan və rezin rulondan ibarət idi. Bu fikir Meri Andersona qış səfəri zamanı gəlib. Qadın müşahidə edib ki, bir çox sürücülər soyuq, külək və qar yağmasına baxmayaraq, qabaq şüşəni bükərək idarə etmək məcburiyyətində qalıblar.

Meri bir il ərzində şüşə silənlərin çertyojunu çəkib, dizayn edib və sınaqdan keçirib. Lakin Meri Anderson heç vaxt şüşə silənlərdən qazanc əldə etməyib. O, ixtira hüquqlarını satmağa çalışıb, lakin onun təklifi rədd edilib. Avtomobil istehsalçıları Anderson siləcəklərini quraşdırmaqda da tələsməyiblər.

1920-ci ildə patentin müddəti başa çatdıqdan sonra, müəssisələr dərhal avtomobilləri Merinin dizaynı ilə hazırlanmış "siləcəklər" ilə təchiz etməyə başlayıblar. Təbii ki, ixtiraçı xanım  avtomobil istehsalçılarından bir qəpik də qazana bilməyib.

Şarlot Bricvud

Avtomobillərin yeniliklərini icad edən qadınlardan biri də Şarlot Bricvud olub. O, avtomatik siləcəkləri ixtira edib. 1917-ci ildə amerikalı qadın avtomobil mühərriki ilə işləyən elektrik şüşəsilənləri patentləşdirib. Onun ixtirası da gəlir mənbəyinə çevrilməyib – belə ki, şüşəsilənlər çox pis satılırdı.

El Dolores Jones

Женщины изобретатели

Akustik filtr El Dolores Cons tərəfindən icad edilib. İlk avtomobillər səsboğucu olmadan istehsal edilirdi və iş zamanı dəhşətli gurultu yaradırdı. 1917-ci ildə amerikalı Dolores Cons avtomobil mühərriklərinin gurultusunu dinləməkdən yorulub səsboğucu icad edir. Bundan sonra xanım Doloresin sayəsində ətrafımızdakı səs-küylü dünya az da olsa sakitləşir.

Anna Mejlumova

Межлумова Анна Ильинична (1914-2007) | НЭБ

Anna Mejlumovanın elmdə sıçrayış etdiyini az adam bilir. Yanacağın yaxşılaşdırılması əmri İkinci Dünya Müharibəsi başa çatdıqdan dərhal sonra (yüksək oktanlı benzin kifayət qədər olmadıqda) Stalinin özündən gəlir.

İxtiranı Qroznı şəhərindəki böyük neft emalı zavodunun mərkəzi laboratoriyalarından birində Mejlumovanın rəhbərlik etdiyi bir qrup alim həyata keçirib.

Nəticədə Stalin sifarişindən razı qalır, avtomobil dünyası isə yeni nəsil yüksək keyfiyyətli benzin - 76, 95 və 100 oktanlı yanacaq ilə təmin olunur.

Stefani Kvolek

DuPont şirkətinə yeni işə düzələn Stefani Kvolek qız tibb kollecində əlavə təhsil almaq üçün pul qazanmağa görə müvəqqəti hesab etdiyi işində 18 il işləməyə məcbur olur.

Burada o, polimerlərin çox güclü sintetik liflərə çevrilməsində yaxından iştirak edir, zamanla inkişaf edərək çubuq molekulları ilə məhlul əldə edə bilir. Eyni zamanda, ortaya çıxan maye əvvəllər əldə edilən oxşar hər şeydən əhəmiyyətli dərəcədə fərqli idi.

Prosesin sonunda onun əlində polad kimi sıx bir lif var idi. Bu gün şinlər, əyləc balataları, kabellər, dəbilqələr, xizəklər və s. istehsalında geniş istifadə olunan bu material Kevlavr kimi tanınır. Kevlavr xüsusilə gülləkeçirməz jiletlərdə istifadəsi ilə məşhurdur. Stefani tibb fakültəsinə daxil olmasa da, onun ixtirası bir çox insanın həyatını xilas edir.

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh