Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO

Rusiyada avtomobil istehsalı ilə bağlı statistika ciddi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Rusiya mediasında çıxan xəbərlərdə göstərilir ki, 1985-ci ildə dünyada 44 900 000 yük və minik avtomobili istehsal olunub. 2025-ci ildə bu rəqəm 94 700 000 təşkil edib. Başqa sözlə, 30 ildə 111 faiz artım qeydə alınıb.
1985-ci ildə SSRİ-də istehsal olunmuş 2 248 000 maşının çoxu yük avtomobili olub. 2025-ci ildə isə Putin Rusiyası cəmi 830 000 nəqliyyat vasitəsi istehsal edib. Başqa sözlə, 30 ildə 63 faiz tənəzzül!
Maraqlı burasıdır ki, sovet dövründə avtomobil istehsalında Avropa detalları üstünlük təşkil etdiyi halda, hazırda Çin və İran ehtiyat hissələri dominantdır. Halbuki, Sovet ittifaqı mövcudluğu vaxtı Şərq ölkələrindən sənaye məhsulu almayıb.
Statistika sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Rusiya Avtomobil Yolları Dövlət Şirkətinin rəhbəri Aleksey Podşekoldin təklif edib ki, ölkədə ayrıca avtomobil sənayesi nazirliyi yaradılsın. Təklif bir çox istifadəçidə narazılıq yaradıb. Onların fikrincə, yeni nazirlik əlavə korrupsiya mənbəyidir.
Vüqar

Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










