Avtomobilə sonradan quraşdırılan SƏS İZOLYASİYASI: Gizli təhlükələr və ... - FOTO

Bir çox avtomobil sahibləri öz maşınlarını daha rahat və səssiz etmək üçün sonradan quraşdırılan xarici səs izolyasiyası xidmətlərindən istifadə edirlər. Lakin bu cür təkmilləşdirmənin əhəmiyyətli çatışmazlıqları var. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə avtomobil mütəxəssisi Vadim Strelbitski xəbərdarlıq edib.
Onun sözlərinə görə, əsas mənfi cəhətlərdən biri avtomobilin çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır.
"Bu öz növbəsində asqıya əlavə yüklənmənin və yanacaq sərfiyyatının artmasına səbəb olur. Bu, xüsusilə kuzovun asma hissələrinə mənfi təsir göstərir. Məsələn, həddindən artıq çəki səbəbindən qapılar rəzələrdə tez sallanır", - deyə təcrübəli mexanik xəbərdarlıq edib.

Strelbitski vurğulayıb ki, sonradan qoyulan səs izolyasiya materialları kuzovun içərisindəki boşluqları izolyasiya edir, bu isə nəmlik toplanmasına və nəticədə kuzovun korroziyasına şərait yaradır.
Mütəxəssis, həmçinin xüsusi bacarıqlar tələb edən səs izolyasiyasının quraşdırılmasının mürəkkəbliyinə diqqət çəkib.
"Bəzi qovşaq və aqreqatlara xidmət üçün giriş çətinləşir, kuzov örtüyünün sökülməsindən sonra isə çətin aradan qaldırılan cırıltılar əmələ gəlir", - deyə o əlavə edib.
Ekspert onu da vurğulayıb ki, keyfiyyətli səs izolyasiya olduqca bahalıdır. Bu səbəbdən o, avtomobil sahiblərinə sonradan quraşdırılan xarici səs izolyasiyasına qərar verməzdən əvvəl bütün müsbət və mənfi cəhətləri diqqətlə ölçüb-biçməyi tövsiyə edib.

2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











