Azərbaycanda bu maşınların qiyməti bahalaşır - REPORTAJ - VİDEO

Avtomobil bazarı araşdırmaçılarının sözlərinə görə, mart-aprel aylarından sonra Azərbaycanda maşınların qiyməti bahalaşır.
Hazırki qiymətləri öyrənmək üçün Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzinə yollandıq. Bazarda olduğumuz zaman qiymətlərdən əlavə, bir neçə suala da cavab tapmağa çalışdıq. Bunlardan ən əsası alıcıların daha çox hansı avtomobillərə maraq göstərməsidir. Görəsən, son zamanlar azərbaycanlı alıcılar hansı model avtomobillərə üstünlük verirlər? Hansı maşın markalarının müştərisi tapılmır?
Lent.az-ın suallarına maşın bazarı araşdırmaçısı Hikmət Qurbanov aydınlıq gətirib. Həmsöhbətimiz bazarda müşahidə olunan alıcı sayından da söz açıb:O, həmçinin hazırda ən çox tələbat olan avtomobillərin adlarını çəkib:
Bazarda olan alverçilər də indi “Toyota Corolla”nın dizel modellərinin, Amerika Birləşmiş Ştatlarından gətirilən “Chevrolet Cruze” avtomobillərinin daha çox satıldığını dedilər. Onlar həm də sovet maşınlarına get-gedə tələbatın azaldığını vurğulayıblar. Alverçilərin sözlərinə görə, müştərilər ən çox qiyməti 10-14 min manat arası olan ekonom avtomobillərə üstünlük verirlər. Alıcıların ümumiyyətlə yaxın durmadığı avtomobillər isə markası məşhur olmayan Çinin istehsal etdiyi avtomobillərdir. Bazarda bu maşınlara kimsə yaxın durmur.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











