Azərbaycanda elektromobillər artır - Enerjidoldurma məntəqələri niyə yoxdur? - VİDEO

Hazırda Azərbaycanda, xüsusilə də, Bakıda elektriklə işləyən avtomobillərə də tez-tez rast gəlmək mümkündür. Ekoloji cəhətdən əlverişli sayılan bu nəqliyyat vasitələri həm də sürücülər üçün sərfəlidir. Ancaq elektromobillərin də özlərinə görə problemləri varmış.
Paytaxtda belə avtomobillər üçün kifayət qədər elektrik yükləmə yerləri yoxdur. Sürücülər deyir ki, bəzən bununçün kilometrlərlə məsafə qət edirlər. Burada isə onları bir neçə saatlıq növbə qarşılayır. Daha bir problem isə elektrik yükləmə məntəqələrinin bəzilərinin işlək vəziyyətdə olmamasıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektromobillərin sayı artdıqca elektrik yükləmə məntəqələrinin də sayı paralel olaraq artırılmalıdır. Ekspertin sözlərinə görə, Azərbaycanda elektromobilləşmə prossesi gözlənilənlərdən zəif gedir. Dövlət Gömrük Komitəsindən xəbər ertəsinə bildirildi ki, elektromobillər əlavə dəyər vergisindən azad edildikdən sonra bu nəqliyyat vasitələrinin ölkəyə gəlişində artım müşahidə olunub. Belə ki ötən ilin yanvar ayında Azərbaycana cəmi 3 elektromobil gətirilibsə, bu ilin eyni dövründə bu rəqəm 13-ə çatıb.
Ən etibarsız avtomobillər - SİYAHI
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










