Azərbaycanda «Mazda»ya maraq azalıb – ÜSTÜNDƏ 2 TON BENZİN VERİRLƏR Kİ ...

Azərbaycanda Çin maşınlarının sürətlə güclənməsi digər markaların satışında problem yaratmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, elektrik və hibrid avtomobillərin populyarlaşması ənənəvi mühərriklə işləyən maşınlarına marağı azaldıb. Nəticədə belə şirkətlər alıcıları cəlb etmək üçün müxtəlif üsullara əl atırlar. Məsələn, son vaxtlar maraq azalan markalardan biri – «Mazda» şirkəti Azərbaycanda müştərilərin diqqətini cəlb etmək və satışlarını artırmaq üçün alıcılara maşının üstündə benzin təklif etməyə başlayıb.
Qeyd edək ki, xüsusilə bahalı olan premium benzinlə işləyən maşınlara maraq daha çox azalıb, çünki belə maşınların yanacağı adi benzindən 1,5 dəfə bahadır və yanacaq xərcləri də artıqdır. Bu vəziyyətdə «Mazda Azərbaycan» alıcıları cəlb etmək üçün maşınları alan hər kəsə 2000 litr premium benzin verəcəyini elan edib. Bundan başqa, şirkət 1 illik tam kasko sığorta və qeydiyyat xərclərini də öz üzərinə götürür. (fed.az)
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











