Azərbaycanda peşəkar sürücü hazırlayan tək texniki peşə məktəbi - VİDEO

Ölkəmizdə peşə təhsilinə maraq son illər artan dinamika üzrə inkişaf edir. Bu sahədə həm dövlət tərəfindən müxtəlif addımlar atılır, həm də gənclərdə bu sahəyə maraq artıb.
Xüsusilə də sürücülük, avtomobil təmiri kimi sahələrdə uzun illərdir problemlər mövcud idi. Bəs görəsən bu sahədə ixtisaslaşmış məktəblər varmı?
Səbail rayonu ərazisində yerləşən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Təhsil Peşə Mərkəzi günün tələblərinə cavab verən, peşəkar kadrların hazırlanmasında xüsusi çəkisi olan məktəbidir. Bu hər hansı sürücülük kursu deyil. Geniş ərazisi olan mərkəz həm sürücülük, həm də avtomobil təmiri sahəsində ixtisaslaşmış kadrlar hazırlayır. Geniş sinif otaqları, labaratoriyalar, müxtəlif əyani vəsaitlərlə təchiz olunmuş məktəbdə ən müasir simulyasiya aparatları ilə yanaşı geniş avtodrom mövcuddur. Tələbələr ilkin mərhələdə simulyasiya aparatları ilə məşq etdikdən sonra avtidromda təlimlər keçirlər. Xüsusi proqramlarla keçirilən dərslərin sonunda peşəkar sürücülər yetişdirilir.
Mərkəz eyni zamanda peşəkar avtomobil ustalarının yetişməsində mühüm rol oynayır. Belə ki, avtomobil üzrə çilingər, elektrik, mühərrik ustası və.s kimi sahələrlə bağlı peşəkar tədris həyata keçirilir.
Ətraflı Avtosfer.az-ın hazırladığı videomaterialda.
Orxan
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA

























