Azərbaycanlı bloqer özünə ən son model “Rolls-Royce” aldı – FOTO-VİDEO
Avtodünya
28 May 2020 02:26

"Bu, elə-belə avtomobil deyil, bu, bir hədəfdir"
Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov çoxdankı arzusunu reallaşdırıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn özünə sayca üçüncü lüks “Rolls-Royce Cullinan” avtomobilini alıb.
Məşhur bloqer avtomobilləri ilə foto çəkdirib və sosial media hesabında paylaşaraq bu sözləri yazıb: “Desəm ki, xoşbəxtəm, bu, heç bir şey demək deyil. Bəli! Hər birinizə hazırda hiss etdiklərimi arzu edirəm. Bu, elə-belə avtomobil deyil, bu, bir hədəfdir, hansı ki 25 yaşımda gerçəkləşdirdim”.
Dəbdəbəli və ən son model olan avtomobilin qiyməti təxminən 686 min manatdır.
Xatırladaq ki, H.Həsənovun bundan savayı şəxsi qarajında qırmızı rəngdə “Geländewagen” və “Lamborgini” markalı avtomobilləri var.
Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir. İş adamının 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
Oxunub 5416
DİGƏR XƏBƏRLƏR
8 Fevral 2026 20:17
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
7 Fevral 2026 23:00
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
7 Fevral 2026 20:11
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
6 Fevral 2026 21:00
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
6 Fevral 2026 00:00
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
5 Fevral 2026 18:45
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
5 Fevral 2026 09:30
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
4 Fevral 2026 17:48
"Niva" bahalaşdı
3 Fevral 2026 16:00
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
2 Fevral 2026 23:55
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
2 Fevral 2026 11:48
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA
2 Fevral 2026 09:36
"UAZ" niyə bu qədər az avtomobil satır? – 36 faizlik geriləmənin pərdəarxası
ŞƏRH YAZ











