Reklam

Bahalı elektromobil sığortası – DÜNYA TƏCRÜBƏSİ

Avtodünya 19 Fevral 2024 16:29 Oxunub 950
Bahalı elektromobil sığortası – DÜNYA TƏCRÜBƏSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifini artırdı. Qərar təbii ki, elektromobil sahiblərinin ürəyincə olmadı. Lakin bu heç də qərarın əsassız olması anlamına gəlmir. 

Avtosfer.az xəbər verir ki, Forbes jurnalı elektromobil qəzaları və təmiri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, qəza zamanı elektromobilin təmiri ənənəvi avtomobildən 50% baha başa gəlir. Texnika yandıqda isə onu praktik olaraq söndürmək mümkün deyil. Yanmış elektromobil yalnız tullantı kimi təhvil verilə bilər. Detallar baha olmaqla yanaşı, servislərin çoxu qəza keçirmiş elektromobili təmir etməkdə maraqlı deyil. 

Buna görə də əksər ölkələrdə elektromobilin sığorta qiyməti digər texnika ilə müqayisədə 23% çoxdur. Belə bir qiymət fərqi iqtisadi cəhətdən əsaslıdır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh