"BMW" İstehlak elektronikası sərgisində rəngini dəyişən avtomobili nümayiş etdirəcək

2022-ci ilin yanvar ayında keçiriləcək Consumer Electronics Show (CES) sərgisində, BMW şirkəti qeyri-adi şou avtomobilini nümayiş etdirəcəkdir. Amerikan Motor1 saytının bildirdiyinə görə, şou avtomobili rəngini dəyişən kuzov panellərinə malik olacaqdır.
Bunu həyata keçirmək üçün bir düyməyə basmaq kifayət edəcəkdir. Bundan başqa, İstehlak elektronikası sərgisində (CES) iX elektrik krossoverinin “bərkgedən” iX M60 versiyası debüt etməlidir. Daha bir yüksək texnologiyalı yenilik “avtomobil teatrı” konsepti olmalıdır.
Gələcək təqdimatlar barədə məlumat azdır. Motor1 saytının bildirdiyinə görə, kuzov panelləri rənglərini bütün səth üzrə rəvan şəkildə dəyişəcəkdirlər. Bu funksiyanın iş prinsipi və şou avtomobilinin hansı rənglərə sahib olacağı, habelə xameleon-kuzovun BMW markasının seriya avtomobillərində tətbiq edilib-edilməyəcəyi məlum deyil: bavariyalılar sirrlərin bir hissəsini sərgidə açıqlayacaqdırlar.
CES sərgisində “batareyalı” iX krossoverinin M-versiyası da debüt edəcəkdir. BMW iX M60 modelinin 600 at qüvvəli güc qurğusu, tam ötürmə sistemi ilə təchiz ediləcəyi barədə şayiələr dolaşmaqdadır. “Bərkgedən” elektrik krossoveri 100 km/saat həddini təxminən 4,0 saniyəyə toplamalıdır. İlkin məlumata görə, gələcək Rolls-Royce Spectre modeli məhz iX M60 modeli ilə unifikasiya ediləcəkdir.
BMW şirkəti CES sərgisi üçün daha bir sürpriz hazırlayıb – bu naməlum konsepti “avtomobil kinoteatrı” kimi səciyyələndirirlər, lakin onun haqqında heç bir məlumat verilməyib.
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO











