“BMW” müəssisələrində “robot itlərdən” istifadə edəcək - VİDEO

“BMW” yeni texnologiyalara sərmayə qoymağa davam edir. Bavariya istehsalçısı öz müəssisələrində Boston Dynamics-in “Spot” adlı "robot itlərindən" istifadə etməyə başlayacaq.
Avtosfer.az xəbər verir ki, bu robotlardan ilk dəfə markanın “Hams Hall” adlı mühərrik istehsal edən müəssisəsində istifadə olunub.
Alman istehsalçısı bu robotları "SpOTTO" adlandırıb. Otto adı iki fərqli şeyi təmsil edir. İlk olaraq təbii ki, BMW-nin yaradıcısı Qustav Ottodur. İkincisi, Qustavın oğlu və dörd silindrli daxili yanma mühərrikinin ixtiraçısı Nikolay Ottonun adı ilə bağlıdır.
Bəs SpOTTO-nun marka müəssisələrindəki xidməti nə olacaq? İngiltərədəki “Hams Hall” müəssisəsinin yeni üzvü olan bu robot müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün kritik olan bölmələri daim nəzarətdə saxlayacaq. SpOTTO, həm vizual, həm termal, həm də akustik sensorlardan istifadə edərək həddindən artıq qızan maşınları və ya sıxılmış hava borularında baş verə biləcək sızmaları yoxlayacaq.
SpOTTO həmçinin “Hams Hall”da istifadə müddətində öyrənməyə də davam edəcək.
“BMW”nin əsas məqsədi robotun analoq nəzarətçiləri oxumaq qabiliyyətinə sahib olmasıdır. Bu yolla marka gələcəkdə istehsal olunacaq modellər üçün də lazımi məlumat toplusunu təmin edəcək.
Nərmin
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











