Brazavilin ictimai nəqliyyatı - FOTO - VİDEO

Konqo Respublikasının Prezidenti tarixdə ilk dəfə Azərbaycana səfər etdi. Bu həm də Deni Sasu Nqesonun 2024-cü ildə Afrikadan kənara ilk səfəri idi. Azərbaycanla Konqonun bir çox sahədə əlaqə qurmaq niyyəti göstərir ki, yaxın vaxtlarda ikitərəfli səfərlər, Konqoya səfərlər artacaq. Biz də bunu nəzərə alaraq bu ölkənin paytaxtındakı ictimai nəqliyyat barədə məlumat verməyi qərara aldıq.
Brazavilin əsas xüsusiyyəti 1,5 milyon nəfər əhalisi olan şəhərdə müntəzəm ictimai nəqliyyatın olmamasıdır. Ayrı-ayrı fiziki şəxslər mikroavtobusları alaraq bələdiyyənin müəyyən etdiyi istiqamətdə xəttə buraxır. Sürücülər isə çox vaxt tıxacı bəhanə edərək marşrutu dəyişirlər. Çünki marşrut sahibinin tələb etdiyi yeganə şey gündəlik plandır. Mikroavtobuslar isə xırda istisnalar xaric Yaponiya istehsalıdır, iritutumlu avtobus yoxdur.
Amma Bakı ilə Brazavilin ictimai nəqliyyatında bir oxşarlıq da var: 70-80-ci illərdə Bakubusa oxşar 3 səhmdar cəmiyyət yaradılsa da, 4-5 ilə bütün avtobuslar sıradan çıxıb, cəmiyyətlər müflis olub. Səbəb qeyri-peşəkar münasibət və bürokratiyadır. Dövlətin dəstəyi azalan kimi nəqliyyat şirkəti də avtobuslara texniki qulluğu Allahın ümidinə buraxıb. 3 şirkət təxminən 15 ildə 600-dən çox avtobusu metalloma göndərməyi bacarıb. Tanış mənzərədir, deyilmi?
Bu gün də Brazavildə ictimai nəqliyyatın sistemləşdirilməsi üçün müzakirələr aparılır.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA












