Bu da keçilməz yollar üçün yeni Land Cruiser - VİDEO

Yeni “Toyota Land Cruiser” gözləntiləri doğrultdu.
Avtosfer.az xəbər verir ki, yeni versiyada baş verən bir sıra dəyişikliklər - incə təkərlər və turbo mühərrikə baxmayaraq “Toyota Land Cruiser” yenə yolsuzluq avtomobili olaraq qalmada davam edir.
Şirkət yeni modelin nəyə qadir olduğunu nümayiş etdirmək üçün videogörüntü yayımlayıb.
“Land Cruiser” əyləc, asma və mühərrik parametrlərini dəyişdirən “Multi Terrain” sistemi ilə təchiz edilib. Avtomobilin “Palçıq”, “Daşlıq”, “Qumluq” və “Avto” rejimi mövcuddur.
Yeni model eyni zamanda “Crawl Control” sistemi ilə təchiz edilib ki, bu da aktiv olanda sürət tədricən artır və sürücüyə yalnız əyləcə basmaq qalır. Həmçinin “Crawl Control” sistemi döngələrdə sürücünün köməyinə yetişir. Bu sistem dönmə radiusunu azaltmaq üçün arxa təkələri əyləc edir.
Yeni “Land Cruiser” ön paneldəki düymələrlə aktivləşdirilən ön, arxa və orta diferensial kilidlərə malikdir.
Bu funksiyaların necə işlədiyini və yeni “Toyota Land Cruiser”in yolsuzluqda nəyə qadir olduğunu bu videoda görə bilərsiniz:
Aysel
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










