"Bugatti Centodieci" hiperkarının ilk müştəri nüsxəsi təqdim edilib - FOTO - VİDEO

Bugatti şirkəti tarixi EB110 modelinini təqlid edən Centodieci modelinin ilk müştəri nüsxəsini nümayiş etdirib. Hiperkarın tamamlanmasına üç il vaxt sərf olunub. Kupenin prototipləri 50 min kilometr məsafə gət ediblər, onları Arizona səhrasında isti və xüsusi iqlim kamerasında soyuq ilə sınaqdan çıxarıblar. On nüsxədə buraxılacaq hiperkarların hər biri üçün alıcılar minimum səkkiz milyon avro ödəyiblər.

Bigatti Centodieci modelini üç il bundan əvvəl Monterey Car Week tədbirində təqdim ediblər. Lakin yalnız indi fransızlar ilk hazır avtomobili müştəriyə təhvil verməyə hazırdırlar. Hiperkarı aerodinamik boruda təkmilləşdirib, Selsi üzrə mənfi 20-dən başlamış müsbət 45 dərəcəyə qədər temperaturlarda sınaqdan çıxarıblar.
Kupenin prototipləri ümumilikdə 50 min kilometr məsafə qər ediblər. Centodieci məşhur EB110 modelinə ithafdır və hiperkarın ilk nüsxəsi bu markaya xas olan klassik rənglərə boyanıb.

Sifariçşı kuzov üçün göy Bugatti Bleu, təkər diskləri üçün isə, gümüşü EB110 Silver rəngini seçib. İş ondadır ki, onun kolleksiyasıdan artıq orijional Bugatti EB110 modeli var və həmin avtomobil bənzər rəng çeşidinə malikdir.
Yeni hperkarın daxili tərtibatı da klassik sələfini təqlid edir. Məsələn, oturacaq, qapı, tavan və xalçalarda şahmat taxtası formasında sırıqlı naxış var. Salonun üzlənməsi və yığılması 16 həftə çəkir, onlarda bir gün isə, oturacaqların tikişlərinin keyfiyyətinin dəqiqliklə yoxlanmasına sərf edilir.


Bugatti Chiron modelinin bazasında inşa edilmiş hiperkar donorundan təkcə dizaynı ilə deyil, həm də texniki hissəsi ilə seçilir. Centodieci fransız markasının seriya modelləri arasında mövcud olan ən güclü avtomobildir. Hiperkarın 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki 1600 at qüvvəsi hasil edir.
Centodieci 100 km/saat həddini - 2,4, 200 km/saat həddini - 6,1, 300 km/saat həddini isə, 13,1 saniyəyə toplayır. Hiperkarın maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıb.
autograph.az
Ən etibarsız avtomobillər - SİYAHI
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










