“Bugatti” daha bir unikal avtomobil hazırlayır – 10 MİLYON DOLLAR - FOTO

“Bugatti” avtomobilini əldə etmək hər kəsin cibinə görə deyil. Bəzən bu avtomobilə sahib olmaq üçün təkcə pul kifayət etmir. Məsələn, sonuncu
“Tourbillon” və “Mistral” modelləri müvafiq olaraq 250 və 99 ədəd istehsal edilib. Bir sözlə, yalnız cəld tərpənənlər bu avtomobilləri ala biliblər.
Avtosfer.az xəbər verir ki, fransız şirkəti indi daha unikal, son 2 modeldən “eksklüzivlik baxımından narazı qalan” müştərilər üçün “Brouillard” modelini hazırlayır.
Avtomobilin mühərrik və transmissiyası “Veyron” modeli ilə eyni olacaq. Lakin əsas diqqət dizayna yönəldiləcək. Ən əsası isə, avtomobil ildə cəmi 2 ədəd istehsal ediləcək.
Artıq birinci avtomobilin2027-ci ildə sahibinə çatdırılacağı məlum olub. Təbii ki, müştərinin adı və qiymət açıqlanmır. Avtomobil mütəxəssisləri maşının 10 milyon dollardan ucuz olmayacağına əmindirlər.
Öz növbəmizdə biz də qeyd edək ki, “Bugatti” Avropada istehsl edilsə də, əsas müştərilən ərəb ölkələrinin neft milyonçularıdır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, Dubayda gün ərzində 5 ədəd “Bugatti”yə rast gəlsəm də, bu avtomobilin vətənində onu yalnız zavodda və muzeydə görmüşəm.
Vüqar Yaşaroğlu
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA
















