Reklam

“Bugatti”ni maksimal sürətlə sürən şəxs həbs oluna bilər - VİDEO

Avtodünya 7 Fevral 2022 15:58 Oxunub 1324
“Bugatti”ni maksimal sürətlə sürən şəxs həbs oluna bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çexiyalı iş adamı Radim Passer həbs riski ilə üzləşib.

O, Almaniyada ictimai yolda “Bugatti Chiron” hiperkarını maksimal sürətlə idarə edib.

Yarışlar 2021-ci ilin iyun ayında Vittenberq yaxınlığındakı 10 km-lik A2 avtomobil yolunda baş tutub. Hiperkarın sahibi maksimum sürəti yoxlamaq üçün ümumi istifadədə olun yolun üç zolaqlı hissəsini seçib və yarış zamanı özünün 1500 at güclü “Bugatti Chiron” avtomobilində saatda 417 kilometr sürət yığıb. Ötən ilin sonunda iş adamı avtomobilin içindən çəkilmiş və kupenin sürətini aydın şəkildə göstərən videonu “YouTube”-da yerləşdirib.

 

Mənbə: motor.ru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh