“BYD” şirkəti əməyin istismarında ittiham olunur – 50 MİLYON DOLLAR TƏZMİNAT - FOTO

Dünyanın ən iri elektrikli avtomobil istehsalçılarından biri olan Çinin “BYD” şirkəti, Braziliyada insan alveri və kölə əmək şəraitinin yaradılması ittihamı ilə gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, “BYD”nin Braziliyadakı zavodunda 220 çinli işçi qeyri-insani şəraitdə işləməyə məcbur edilib. Bu qalmaqal beynəlxalq ictimaiyyətin və insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olub.
Braziliya prokurorluğundan sərt ittihamlar və milyonlarla dollar təzminat tələbi gündəmdə olan əsas mövzulardan birinə çevrilib. Prokurorlar “BYD”ni insan alveri, saxta sənədlərlə ölkəyə işçi gətirmə, onların azadlıq hüququnu məhdudlaşdırma və köləlik şəraitində işlətdiyinə görə məhkəməyə verib. Prokurorluq şirkətdən 50 milyon dollar məbləğində təzminat tələb edir.

Aparılan istintaq zamanı məlum olub ki, keçən il “BYD”nin Camaçaridə inşa olunan zavodunun tikintisində çalışan 220 çinli işçi saxta sənədlərlə ölkəyə gətirilib. Onların pasportları əlindən alınıb və işləməyə məcbur ediliblər. İşçilərin yaşayış şəraitinin gigiyena və insan ləyaqəti standartlarına zidd olduğu, çarpayılarının döşəksiz, ümumi tualetlərin isə qeyri-kafi olduğu bildirilib. Hətta səhər saat 4-də tualet növbəsində gözləyən işçilərin ən adi ehtiyaclarını belə ödəyə bilmədikləri qeyd olunub.
“BYD” Braziliya mətbuatında yer alan məlumatların təxribat kampaniyası olduğu barədə açıqlama yayıb.
Şirkət rəsmiləri bütün bu iddiaları qəti şəkildə rədd ediblər. BYD sözçüsünün açıqlamasında bildirilib ki, şirkət Braziliya qanunvericiliyinə uyğun fəaliyyət göstərir və prokurorluqla əməkdaşlıq edir. Rəsmi nümayəndə ittihamların Çin şirkətlərinə qarşı aparılan siyasi təxribat kampaniyasının bir hissəsi olduğunu bəyan edib.
Hazırda məsələ beynəlxalq diqqət mərkəzindədir və istintaq davam edir.
Eltac Zülfüqaroğlu
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










