Çin avtomobil ixracı qaydalarını sərtləşdirdi – NƏ DƏYİŞƏCƏK?

ÇininTicarət Nazirliyi avtomobil ixracına dair uzun müddətdir danışılan yeni qaydalarla bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, yeni qaydalar işlənmiş avtomobil ixracı şərtlərini sərtləşdirir.
Bu günə qədər istehsalçılar avtomobili konveyerdən çıxan kimi hansısa yerli “müştəri”yə satıb mərkəzi hökumətdən dotasiya alırdılar. Sonra isə bu maşın daha yüngül şərtlərlə xaricə satılırdı. Bu tip nəqliyyat vasitələrinə “sıfır kilometr işlənmiş avtomobil” adı verilmişdi. Başlıca bazar isə keçmiş SSRİ məkanı və Asiya ölkələridir.
Hökumət bu sistemə əvvəlcə göz yumsa da, indi qaydalar dəyişir. Ölkədə sahibi olmayan 10 minlərlə avtomobillə yanaşı, tanınmış modellərin bu cür boz sxemlə ixracı Çin maşınları barədə xaricdə mənfi rəy yaradır. Böyük istehsalçılar da bu sxemdən əziyyət çəkirlər.
Yeni qaydaya görə, Çİn daxilində alındıqdan sonra 180 gün ərzində xaricə satılacaq avtomobillər çox ciddi nəzarətdən keçiriləcək. Bu da bəzi istehsalçıların ikili mühasibatlıq sisteminə son qoyacaq. Dövlətdən saxta yolla subsidiya alınması da azalacaq.
Bundan başqa, müstəqil ixracatçılar istehsalçı müəssisənin razılığı olmadan satış həyata keçirə bilməyəcəklər. Razılığın (ixrac lisenziyası) alınması üçün əsas şərt hədəf bazarda müvafiq servis mərkəzlərinin mövcudluğudur.
2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək qaydalar Avropa bazarına təsir etməyəcək. MDB, o cümlədən Azərbaycan bazarına isə təsir qaçınılmazdır. Ekspertlərin qənaətinə görə, yeni qaydalar ilk növbədə böyük brendlərin (Toyota, Kia, Nissan və s.) Çin bazarı üçün nəzərdə tutulmuş versiyalarını gətirənlərin işini çətinləşdirəcək. Çinin böyük istehsalçıları üçün yeni qayda çətinlik yaratmayacaq.
Vüqar
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










