Banner

Çin avtomobillərinin 70%-ə qədəri ölkəmizdə … – ASSOSİASİYA SƏDRİNDƏN AÇIQLAMA - FOTO

Avtodünya 9 Sentyabr 2024 12:26 Oxunub 1816
Çin avtomobillərinin 70%-ə qədəri ölkəmizdə … – ASSOSİASİYA SƏDRİNDƏN AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşəbbüsü ilə Azərbaycan avtomobil dilerleləri assosiasiyası (AADA) Çin Xalq Respublikasından ölkəmizə səfərə gəlmiş Tiancin İstismar edilmiş Avtomobillərin İxracı Assosiasiyasının geniş nümayəndə heyəti ilə görüş-forum keçirdi. Forum yenicə fəaliyyətə başlamış və mərtəbələrində yalnız rəsmi diler avtomobillərinin satışı təşkil edilmiş ölkənin ən iri avtomobil satış mərkəzi – «Baku Auto Mall»da baş tutdu. Qeyd etmək lazımdır ki, bu görüş və müzakirələr heç də formal xarakter daşımırdı: bütün mövzular ətrafında canlı diskussiyalar oldu. Forumun məqsədi və nəticələri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi: 

"Çİndə avtomobil istehsalçıları assosiasiyasının mövcudluğunu bilirdik, ikinci əl avtomobili eksportyorlarının Assosiasiya şəklində təşkilatlanması ondan xəbər verir ki, bu ölkənin avtomobillərinin bütün dünyaya ekspansiyası düşünülmüş bir proqramın tərkib hissəsidir. Danılmaz faktdır ki, Çin avtomobil sənayesi nəhəng addımlarla inkişaf edir və Çin avtomobilləri gündən-günə daha da texnoloji, etibarlı və zövqlü olur. Ölkəmizdə rəsmi təmsil olunmuş Çin markalarının sayı 30-a yaxınlaşır, tez-tez yeni satış və servis mərkəzlərinin açılışının şahidi oluruq. Lakin buna baxmayaraq ölkəmizə idxal olunan Çin avtomobillərinin 70% parallel importun payına düşür. Bu isə o deməkdir ki, bu avtomobillərin böyülk əksəriyyəti əhaliyə zəmanətsiz satılır və satış sonrası texniki servis və ehtiyyat hissələri ilə təmin olunmur. Nəzərə almaq lazımdır ki, Çin daxili bazarı üçün istehsal olunan avtomobillər bəzi detal və düyünləri ilə eksport variantından fərqli olur. Nəticədə belə avtomobillərdə texniki nasazlıqlar baş verdikdə ehtiyyat hissləri tapmaq problemə çevrilir." 

Bu forumda çıxış edən AADA üzvləri qeyd etdilər ki, ikinci əl avtomobilləri ölkəmizdə qüvvədə olan normativlərə uyğundursa, onarın idxalı normal haldır. Təəssüf ki, bir çox hallarda Çində fəaliyyət göstərən yerli dilerlər internet vasitəsilə alternetiv satış şəbəkəsi yaradaraq, «0» yürüşlü avtomobilləri ölkəmizə göndərir, bununla da yerli avtomobil bazarında xaos yaradırlar. Qeyri rəsmi satıcıların salon və servis inşa etmək, mütəxəssislər hazırlamaq, marketinq araşdırmalaırı aparmaq kimi problemləri və müvafiq xərcləri olmadığından, satıqlaırı avtomobillərə aşağı qiymətlər təyin etmək imkanları var və bununla da bazarda haqsız rəqabət yaranır. Əlbəttə keyfiyyətli avtomobillərin gətirilməsi ölkəmizin avtomobil parkının yenilənməsi deməkdir, lakin avtomobil yüksək riskli məhsul olduğundan, satışı və texniki servisi ilə peşəkar şirkətlər məşğul olmalıdır. AADA üzvləri Çinli qonaqları konstruktiv əməkdaşlığa dəvət etdilər.

Qonaqlar tərəfdən çıxış edən iş adamları Azərbaycanda Çin avtomobillərinin populyarlığının artdığının şahidi olduqlarını sevinclə qeyd etdilər. Elə tədbirin keçirildiyi məkan - «Baku Auto Mall»da sərgilənən çoxsaylı modellər də buna sübut oldu. Qonaqlar yeni və ikinci əl avtomobilərinin ölkəmizdə sivil yolla satışlarına dəstək verməyə hazır olduqlarını, əməkdaşlıq üçün üçün yeni tərəfdaşlar axtardıqlarını bildirdilər. Forumun rəsmi hissəsindən sonra iştirakçılar çay süfrəsində qeyri-formal ünsiyyətdə oldular.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh