"Cupra" yeni təqdimat hazırlayır - FOTO - VİDEO

2018-ci ildə müstəqillik qazanan Cupra markası növbəti təqdimatına hazırlaşır. Fevral ayının 22-sində keçiriləcək təqdimatda Formentor krossoverinin Audi RS 3 modelindən alınmış beş silindrli mühərriklə təchiz edilmiş top versiyasının nümayiş olunacaqdır.
Yeni modifikasiyaya Cupra Formentor VZ5 adı veriləcəkdir. Kapotun altında Audi RS 3 Sportback, RS Q3 və RS Q3 Sportback modellərindən tanış olan 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2.5 TFSI turbomühərriki yerləşdiriləcəkdir.
Bu arada, yeni RS3 modelinin 48 voltluq startyor-generatoru olan hibrid güc qurğusuna sahib olacağı proqnozlaşdırılır. Bununla belə, belə güc qurğusunun Cupra modeellərində quraşdırılacağı hələlik dəqiq deyil.
Hazırda Formentor krossoverinin ən güclü versiyası VZ adlanır. Cupra Formentor VZ modeli 310 at qüvvəsi və 400 Nm fırlanma anına malik olan 2,0-litrlik turbomühərrik, 7-pilləli DSG “robotu” və 4Drive tam ötürmə sistemi ilə təchiz edilir. Formentor VZ modeli 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir.
Maksimal sürət 250 km/saat həıddində məhdudlaşdırılıb. Bundan başqa, 245 at qüvvəli qoşulan hibrid və 150 at qüvvəli 1,5-litrlik TSI mühərriki ilə təchiz edilən başlanğıc versiyası da mövcuddur.
Cupra Formentor modeli keçən ilik yazında debüt edib. Model, öz adını Mayorka adasının şimal burnunun şərəfinə adlandırılıb və ölçüləri baxımından Volkswagen Tiguan krossoverinə yaxındır. Krossover ön və ya tam ötürmə, hətta mexaniki ötürmələr qutusu ilə sifariş edilə bilər. Mexaniki transmissiya yalnız 1.5 TSI mühərriklə tandemdə çalışır.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











