Daha bir prezidentə TOGG avtomobili təqdim EDİLDİ

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.
Avtosfer.az xəbər verir ki, iki ədəd ağ rəngli TOGG-un təqdimat mərasimində Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət və Sənaye Palatasın (TOBB) sədri Rifat Hisarcıklıoğlu da iştirak edib.
Məlumata əsasən, Serdar Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təqdim edilib.
Bizim.Media
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










