Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir

İsveçin avtomobil istehsalçısı “Volvo Cars” bu ilin sonunda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını (ACEA) tərk edəcək.
Avtosfer.az xəbər verir ki, “Volvo” bu addımı Avropa İttifaqının 2035-ci ildən benzin və dizel mühərrikli avtomobillərin qadağan edilməsinə dair planlarına qarşı çıxan ACEA-nın mövqeyini bölüşmədiyinə görə atıb. Belə ki, İsveç nəhəngi artıq 2030-cu ildən ancaq elektik mühərrikli avtomobillər istehsal etmək niyyətindədir.
Daha əvvəl avtomobil konserni “Stelantis”də bu ilin sonuna kimi ACEA-nı tərk edəcəyini bəyan edib. Şirkət “Volvo” kimi 2030-cu ildən Avropada ancaq elektкomobil satacağını deyib.
Qeyd edək ki, hazırda ACEA 16 avtomobil istehsalçısını birləşdirir. Bunların sırasında “BMW”, “Ferrari”, "Ford”, “Honda”, “Jaguar - Land Rover”, “Mercedes-Benz”, “Renault”, “Volkswagen” var. Avropada iri lobiçilik strukturu olan ACEA iyunda Avropa Parlamenti tərəfindən təsdiq olunan Avropa Komissiyasının 2035-ci ildən daxili yanma mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi planını qeyri rasional hesab edərək qəti şəkildə ona qarşı çıxır. Öz növbəsində ACEA həm daxili yanma həmdə elektik mühərriklə təchiz olunan hibrid avtomobillərin tətbiqinin tərəfdarıdır.
“Report”
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










