“Volkswagen”in tam yeni modeli ilk dəfə Azərbaycanda - FOTO

Dünyanın ən böyük avtomobil markası olan “Volkswagen” yeni istifadəyə verilən “Taos” modelini Azərbaycanda təqdim edib. Yeni “Taos” modeli artıq “Volkswagen” Azərbaycan Mərkəzinin yeni, bu ilin ikinci yarısında istifadəyə verilmiş, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən avtosalonunda təqdim olunub. Mərkəz tam olaraq beynəlxalq “Volkswagen” konsepsiyasına uyğun olaraq inşa etdirilib.
Taos modeli ölçülərinə görə yeni “Tiguan” modelindən bir az kiçikdir, lakin öz seqmentində ən böyük ban ölçüsünə sahibdir. Avtomobil 1.4l-lik və 150 at gücünə sahib, turbo gücləndirilmiş mühərrikə sahibdir. Azərbaycanda avtomobil 3 komplektasiyada təklif olunur. Artıq ilkin komplektasiyada avtomobil 4motion(4x4) funksiyasına malikdir. Avtomobilin həm də qabaq ötürücü variantları mövcuddur. Avtomobilin qiyməti 49 900 AZN-dən başlayır.
Bir çox başqa “Volkswagen” modellərinə xas olan bütün texnologiyalar və ən əsası bütün təhlükəsizlik və komfort göstəriciləri yeni “Taos” modelində də saxlanmışdır. Atmosfer LED elementləri yeni “Taos”un alətlər paneli və qapıları boyunca da keçir. Əhvalınıza uyğun 10 rəngdən birini seçə bilərsiniz. Dizayna özəl daha bir üstünlük, bu avtomobilin öyrəşdiyimiz rənglərlə bərabər, narıncı “Energetic”, göy “Reef” və bej “Cappuchino” kimi eksklüziv rənglərdə olmasıdır.
“Volkswagen” Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. “Volkswagen”in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytından məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA













